BEY.AZHesab yarat
BEY.AZ - Milli sosial şəbəkə! 2006-2018
Reklam Yerləşdir - ( 2 Gn 1 Azn ) Reklam: Sayt.Biz Gundəlik Məsləhətlər




Yeni Hesab yarat

Son Aktivlik

Forum | Paylaş | Şeir Paylaş
Axtarış
  Mənə şeir oxu - Yeni şeyir
Baxiş 559
Admin Admin (SV!) [Off] [#] (14.01.2017 / 15:42)
Həyat bir gündü oda bu gün deyil
Mənə şeir oxu bu axşam bir az,
Təzədən dünyaya gətir sən məni.
Özümü şeirdə taparam, gülüm,
Harada itirsən,itir sən məni.

Mənə şeir oxu bu axşam bir az,
Coşdur damarımda qanımı bir an.
Gözlərim səmadan asılı qalsın,
Ruhum tərk eyləsin canımı bir an.

Mənə şeir oxu bu axşam bir az,
O odu, atəşi canıma qaytar.
Yapış şerinlə əlimdən mənim,
İlahi bir eşqin yanına qaytar.

Mənə şeir oxu bu axşam bir az,
Dönüm çəmənlərə şeh arzusuyla.
Dağlarda daş üstə qoyum başımı,
Dan üzü bir xəfif meh arzusuyla.

Mənə şeir oxu bu axşam bir az,
Ömrümə bir ömür cala beləcə.
Tanrı kəlməsindən, Tanrı sözündən,
Qəlbimdə bir ocaq qala beləcə.

Mənə şeir oxu bu axşam bir az,
Saflaşım, durulum çeşmələr kimi.
Dünyaya yenidən gətir sən məni,
Yenicə doğulmuş körpələr kimi.
Sonel Sonel [Off] [#] (14.01.2017 / 15:58)
Tanitdi
Superrrr
Admin Admin (SV!) [Off] [#] (14.01.2017 / 16:01)
Həyat bir gündü oda bu gün deyil
Sonel, Ardi gelecek
Admin Admin (SV!) [Off] [#] (14.01.2017 / 16:03)
Həyat bir gündü oda bu gün deyil
İçimde

Fikri aydın, fikri düz,
Bax, yaradan öyünmür.
Bir boşluq var görünmür
Hər dolanın içində.

Sınadım, yüz yoxladım,
Əyrini düz yoxladım.
Zərrə işıq tapmadım
Min yalanın içində.

Nə qəribə həyatdı,
Suyu da zəhər daddı.
Əsirəm mən can adlı
Bir qalanın içində.

Payızdı, külək əsir,
Yarpaq torpağa əsir.
Ölümün xofu gəzir
Hər solanın içində.

Dərgaha çatan çatır,
Tanrı batıran batır.
Haqqın cavabı yatır
Kərbəlanın içində.

Ruhum, göydə süzürsən,
Candan əlmi üzürsən?
Zeyqəm, sirmi gəzirsən,
Sirr olanın içində.
  Cəmi: 4

Movzuya Baxış: 559 Nefer
Müellife göre filtreleme
Mövzunu Yükle

Foruma Keç

Üst Yenilikler
Sayt.Biz dən Profil Şəkilləri və yazili şəkillər yüklə
Baş Səhifə
Onlayn Tanisliq: 0 / 7BEY.AZ

Bey.Az Paylaşim Mesajlaşma

ILK-10
ŞƏKİL AXTAR
© Bey.Az