Mp3 Axtar Yüklə (Reklamsiz)

Son Aktivlik

Forum | Paylaş | Tarixden
Axtarış
  Ağqoyunlular Dövleti Tarixden yazdiq
Baxiş 144
Admin Admin (SV!) [Off] [#] (16.01.2017 / 14:04)
İnsanlari yaxindan tanmaq üçn uzaqdan baxmaq lazim
Ağqoyunlu dövləti Azərbaycan tarixində özünəməxsus yer tutur. Ağqoyunlu oğuz tayfaları 1284-1291-ci illərdə Xorasandan Anadoluya köçür. Azərbaycan, Babyurt, Harput, Diyarbəkir, Bitlis kimi ərazilərdə məskunlaşan tayfalar Səlcuqlar dövlətinin zəifləməsi və Elxanilər sülaləsinin süqutundan sonra bəyliklər yaratmağa başlayır.

Bəylikdən dövlətə gedən yolda, 1467-ci ildə Uzun Həsən Muş döyüşündə Qaraqoyunlulara qalib gəlir və Bağdada qədər olan ərazi Ağqoyunluların əlinə keçir. Beləcə də, 1468-ci ildə Ağqoyunlu dövlətinin təməli qoyulur. Uzun Həsən də sultan titulunu qəbul edir.

Osmanlı ilə problemin kökü
Ağqoyunlu dövləti beynəlxalq ticarət əlaqələrini və ipək ticarətini yaxşılaşdırmaq, müasir silahlara sahib olmaq üçün Avropa dövlətləri ilə diplomatik münasibətlər qurmuşdu. Dövlətin xarici siyasətində əsas istiqaməti Osmanlı dövləti ilə münasibətlər tuturdu. Amma Osmanlı Sultanı Fatih Mehmet də ipək ticarətini öz dövlətinə qazandırmaq istəyirdi. Kiçik Asiyanın şərq hissəsinin Osmanlı tərəfindən tutulması Ağqoyunlular üçün ciddi təhlükəyə çevrildi və münasibətlər getdikcə korlanmağa başladı. Osmanlı dövləti Ağqoyunlularla Avropa ölkələri arasında karvan ticarətinə mane olur və ərazisindən keçən mallardan böyük gömrük rusumu alırdı. Bu da öz növbəsində Ağqoyunlu dövlətinin maraqlarına zidd idi.

Trabzon imperiyası Osmanlı və Ağqoyunlu dövlətləri arasında bölüşdürülmüşdü. Uzun Həsən imperatorun qızı Feodora ilə ailə həyatı qurmuşdu və ağqoyunlular Trabzona mülkləri kimi baxırdılar. Qeyd etmək də lazımdır ki, Trabzon Ağqoyunlu-Avropa ticarətində də əvəzsiz rola malik idi. Çünki Qara dənizə çıxış ancaq Trabzondan idi.

Osmanlı ordusu Trabzona hücum edəndə iki dövlətin münasibəti daha da gərginləşir. Uzun Həsən Trabzonu müdafiə etməyi özünə borc bilir və 1461-ci ildə Qayluhisar adlı yerdə ilk döyüş baş tutur. Ağqoyunlular Osmanlı ordusuna ciddi zərbə vurur və iki dövlət arasında diplomatik danışıqlar başlayır. Danışıqlar nəticəsində Sultan Trabzona hücum etmək fikrindən daşınmır və 1461-ci ilin 25 avqust tarixində 30 günlük mühasirədən sonra Trabzon işğal edilir. Ağqoyunlular həm müttəfiqlərini, həm də Qara dənizə çıxışı itirirlər.

Venesiya ilə müttəfiqlik və yeni savaş
Ağqoyunlular Osmanlıya qarşı Venesiya, Qaraman bəyliyi, Kipr, Rodos dövlətləri ilə ittifaq qurur. 1472-ci ildə Venesiya ilə hərbi sahədə əməkdaşlıq barədə müqavilə imzalanır. Uzun Həsən həmin ilin yaz aylarında Osmanlı imperiyasına hücum edir. Savaşda qələbə qazanan Ağqoyunlular Aralıq dənizinə çıxış əldə edirlər. Amma Venesiyanın vəd etdiyi odlu silah gəlib çıxmır və italyanlar Osmanlı ilə gizli danışıqlar aparır. Şahzadə Mustafa 60 minlik ordu ilə Beyşehir yaxınlığında Ağqoyunlulara qalib gəlir.


Ağqoyunlu dövləti

Malatya döyüşü
Türkiyə ilə müharibənin 1472-ci il dövrü başa çatdıqdan sonra Ağqoyunlu hökmdarı 1473-cü ilin baharında osmanlılara qarşı yeni hücuma hazırlaşmağa başladı. Lakin onun Avropaya göndərdiyi elçilərinin fəaliyyəti barədə dəqiq məlumatı yox idi. Buna görə də Uzun Həsən Venesiyaya daha bir elçi yola saldı. Bu Ağqoyunlu diplomatı 1473-cü ilin fevralında Kipr vasitəsilə Venesiyaya gəldi. O, Ağqoyunluların 1472-ci ildəki hərbi əməliyyatları, uğurları və Uzun Həsənin planları ilə Venesiya hökumətini tanış etdi. Venesiya hökuməti tərəfindən 1473-cü il fevralın 15-də Uzun Həsənə cavab məktubu yazdı. Məktubda göstərilirdi ki, Barbaro odlu silahlarla Aralıq dənizi sahilinə göndərilib. Venesiya donanmasına əmr verilmişdi ki, Ağqoyunlu qoşunları sahilə yaxınlaşan kimi Türkiyənin Kiçik Asiya sahillərindəki qalalarını atəşə tutsun. 1473-cü il iyunun 8-də Uzun Həsən İosafat Barbarodan da məktub aldı. O yazırdı ki, güclü donanma ilə Uzun Həsənin sərəncamına gəlib və İstanbulun özünə belə hücum etməyə hazırdır. Elə bu zaman Qaraman şahzadəsi Qasım bəy də Ağqoyunlu hökmdarına xəbər göndərdi ki, Venesiya donanmasının köməyi ilə bir sıra qalaları osmanlılardan geri alıb; Uzun Həsən Qaramana doğru hücuma keçməyə tələsməlidir. Hadisələrin sonrakı gedişi Katerino Zenonun Ərzincandan-Ağqoyunlu hərbi düşərgəsindən Venesiyaya göndərdiyi 27 iyul 1473-cü il tarixli məktubundan aydın olur. Zeno yazır ki, Uzun Həsən İosafat Barbaronun və Pyetro Moçeniqonun donanma və odlu silahlarla onun sərəncamına göndərilməsi xəbərini alan kimi osmanlılara qarşı hərbi əməliyyata başlamaq, Aralıq dənizi sahilinə yol açmaq üçün son hazırlıq işləri görməyə başladı. O, sülh danışıqlarına gəlmiş Osmanlı elçisini qəbul etmədən qovdu: bir Osmanlı casusunun isə boynunu vurdurub, başını II Mehmedə göndərdi və onu hərbə dəvət etdi. Uzun Həsən bundan sonra Katerino Zenonu yanına çağırtdırıb demişdi: "Səfir, sən bilirsən ki, Osman (II Mehmet nəzərdə tutulur) qərbdəki torpaqlarını buraxıb bütün qüvvəsi ilə mənim üstümə gəlir. Mən sənin qüdrətli hökmdarına, imperatora (Almaniya imperatoru nəzərdə tutulur) və macar kralına yazmışam ki, onlar Osmanı Avropada məğlub etmək üçün əllərindən gələni etsinlər. Burada isə mən onunla görüşəcək və Allahın köməyi ilə qalib gələcəyəm. Buna görə də mən istəyirəm: Qərb hökmdarları elə etsinlər ki, Osman bir daha öz qüvvələrini bərpa edə bilməsin, tamamilə hərbi iqtidardan uzaqlaşdırılsın və hətta onun adı belə yer üzündən silinsin."
Sonra hökmdar Zenoya əmr edir ki, göstərilən məktubları xüsusi gəmi ilə Venesiya, Almaniya imperatoru və macar kralına yetirmək üçün Pyetro Moçeniqoya xəbər göndərsin. Zeno göstərir ki, o, elə həmin saatda məktub yazıb, Uzun Həsənin göstərişi ilə Moçeniqoya çatdırmış, o da Ağqoyunlu hökmdarına məktublarını Venesiya, Macarıstan kralı və Almaniya imperatoruna göndərmişdi. Venesiya diplomatı bu haqda belə yazır: "...o, mənə əmr etdi, kapitana yazım ki, gəmi ilə təcili olaraq həmin məktubları sahiblərinə çatdırsın. Mən kapitana o saatdaca məktub yazdım. O isə Dalmasiyaya gəmi göndərdi; beləliklə, imperator həzrətlərinə və Macarıstan kralına məktublar göndərildi..."

Osmanlılara qarşı hərbi əməliyyatın qızğın zamanında - 1473-cü ildə Kipr kralı Yakov öldü. Onun arvadı venesiyalı Katerina Kornaro Kipr kraliçası oldu. Beləliklə, Venesiya Kiprdə möhkəmləndi. Müttəfiqlər isə bundan narazı qaldılar. Kipr 1489-cu ildə tamamilə Venesiyanın ixtiyarına keçdi.

1473-cü il iyulun 13-də Ağqoyunlu hərbi düşərgəsinə İosafat Barbaro və Pyetro Moçeniqodan yeni məktublar gəldi. Onlar Venesiya donanmasının və Qasım bəyin Türkiyəyə qarşı apardığı hərbi əməliyyatın gedişi ilə Uzun Həsəni ətraflı tanış edir və onu Qaramana çağırırdılar. Pyetro Moçeniqo yazırdı ki, Venesiya hökuməti ona göstəriş vermişdi ki, Uzun Həsənin əmri ilə hərəkət etsin. Zenonun məlumatına görə, həmin məktublarla tanış olan kimi Ağqoyunlu hökmdarının əmri ilə təbillər çalındı və bu xəbər təntənəli şəraitdə qoşuna elan edildi. Venesiya admiralının qaramanlı Qasım bəylə birləşərək osmanlılara qarşı hərbi əməliyyata başlaması xəbəri Uzun Həsənin Osmanlı sultanına qələbə çalmaq ümidini daha da artırdı. Zeno yazır ki, Uzun Həsən yuxarıda göstərdiyimiz məlumatı alan kimi "...Bu adamlar (venesiyalılar) iş adamlarıdır; onlar öz gəmiləri ilə sahildə (Aralıq dənizi sahilində) bayramsayağı dayanmamışlar!"-deyərək mənə əmr etdi ki, Pyetro Moçeniqoya məktub yazım. Ağqoyunlu hökmdarı Moçeniqoya tapşırırdı ki, o, (Uzun Həsən nəzərdə tutulur) gəlməyincə Qaraman torpağından çıxmasın; o, Qaramana gələcək, burada Pyetro Moçeniqo ilə birləşərək "nə isə görkəmli bir iş" həyata keçirəcəkdir. Bundan sonra isə Zeno hökmdarın yürüşə başlamaq üçün tələsdiyi, səfər üçün böyük hazırlıqlar görüldüyü, düşərgədə yaxşı silahlanmış 300 min süvari olduğu və yeni-yeni qüvvələr toplandığı, hər gün çoxlu türk qaçqınlarının Ağqoyunlular tərəfə keçdiyi haqqında maraqlı məlumat verir, bir neçə gündən sonra Ağqoyunlu hökmdarının osmanlılarla toqquşacağını göstərirdi.
Ağqoyunlu süvarilərinin sayı haqqında verilən bu məlumat həqiqətə uyğun görünmür. Çünki, elə, Zenonun özünün göstərdiyinə görə, 1473-cü ilin fevralında Uzun Həsənin cəmi 100 min döyüşçüsü vardı. Həmin ilin iyulunda Ağqoyunlu hökmdarının artıq 300 min nəfər süvariyə malik olması ağlabatan deyil.

O yazırdı: "...Əlahəzrət (Uzun Həsən) Osmana (II Mehmedə) qarşı 150 min atlı ilə oğlunu göndərmək istəyirdi. İndi isə qərara gəlmişdir ki, Osmanla vuruşmaya bütün qoşunlarını götürüb, özü getsin. Düşərgədə yaxşı silahlanmış 300 min atlı var, adam getdikcə çoxalır. Hökmdar Osmanla üz-üzə gəlmək üçün yola düşməyə tələsir. Ümidvaram ki, bir neçə gündən sonra, Allahın köməkliyi ilə biz onlarla döyüşə girəcəyik. Allaha yalvaram ki, mərhəmətindən bizə qələbə bəxş etsin...". Venesiya diplomatının bu məktubundan belə bir maraqlı cəhət də məlum olur ki, Azərbaycan hökmdarı Malatya vuruşması ərəfəsində belə, hələlik Türkiyəyə qarşı hücuma keçmək niyyətində deyildi. O, əvvəlcə Misir sultanını məğlub edərək Suriya vasitəsilə Aralıq dənizi sahilinə çıxmaq, burada Qərbdən gətirilmiş odlu silahlan aldıqdan sonra II Mehmedlə döyüşə girmək istəyirdi. Katerino Zenonun dediyinə görə, bundan duyuq düşən Misir sultanı Uzun Həsənin hərbi düşərgəsinə elçi də göndərmişdi. Lakin Venesiya donanmasının Aralıq dənizində hərbi əməliyyata başlaması haqqında məlumat Ağqoyunlu hökmdarının əvvəlki, bəlkə də, düzgün olan planını dəyişib Türkiyəyə qarşı hücuma keçməsinə səbəb oldu. Osmanlı sultanı da Ağqoyunlu dövlətinə qarşı müharibəyə böyük hazırlıq görmüşdü.

O, keçmiş baş vəzir Mahmud paşanı vəzifəsinə qaytarmış, bütün vilayət başçılarına yaraq-yasaq və əsgəri qüvvə səfərbər etmək haqqında fərmanlar göndərmişdi. Sultanın göstərişi ilə Rumelinin xristian əhalisi içərisindən hər kənddən 2 nəfər Ağqoyunlularla müharibəyə canlı qüvvə qismində səfərbərliyə alındı. II Mehmet Venesiyanın qərbdən hücuma keçəcəyindən ehtiyat edərək səfər ərəfəsində üçü müstəsna olmaqla İstanbulun şəhər darvazalarını doldurtdurdu, Qızıl Buynuz limanını zəncirlə bağlatdırdı.

Bu müharibə ərəfəsində II Mehmed "imperatorluğun çıxara biləcəyi bütün qüvvələri bir araya toplamağa çalışdı". 1472-1473-cü illər Ağqoyunlu-Türkiyə müharibəsinin şahidi olmuş italiyalı C.M.Anciolellonun məlumatına görə, II Mehmed Uzun Həsənə qarşı müharibəyə 220 minə qədər əsgər səfərbər etmişdi. Katerino Zeno və türk tarixçisi İbn Kamal da Ağqoyunlulara qarşı təqribən bu qədər əsgəri qüvvə səfərbər edildiyini göstərirlər.

Osmanlı sultanı 1473-cü ilin baharında güclü artilleriyanın müşayiət etdiyi bu ordunun başında Ağqoyunlulara qarşı Ərzincana tərəf hərəkət etdi. II Mehmed yaxşı bilirdi ki, Uzun Həsən Avropadan göndərilmiş odlu silahları almaq üçün Qaraman istiqamətində hücuma keçəcəkdir. Odur ki, o, düşmənlərini Aralıq dənizi sahilində birləşməyə qoymamaq üçün Uzun Həsəni Anadolunun şərqində qabaqlamaq qərarına gəlmişdi. Osmanlı qoşunları Ərzincan yaxınlığına çatdıqda Uzun Həsənin də sultan II Mehmedə qarşı yürüşə çıxdığı məlum oldu. Lakin Ağqoyunlu hökmdarı Osmanlı hərbi qüvvələrini əlverişsiz coğrafi mövqedə yaxalamaq üçün irəli buraxdı.
Ağqoyunlu dövləti

Turan taktikası və qələbə
Osmanlılar Fərat çayına çatdıqda onu keçməyə cəsarət etməyib sağ sahil boyunca Malatya yaxınlığına qədər irəlilədilər. Öz növbəsində, Ağqoyunlular da Fəratı keçməyə cəsarət göstərmədilər və sol sahilə - Malatya istiqamətində hərəkət etdilər. Malatyada, çayın sol sahilində Ağqoyunlu hərbi qüvvələri özlərinə döyüş mövqeyi seçdilər. Həmin yerdəcə, Fəratın sağ sahilində Osmanlı qoşunları da düşərgə saldı. Qəribə vəziyyət yaranmışdı. Nə Ağqoyunlular, nə də osmanlılar çayı keçib hücum etməyə cəsarət göstərmirdilər. Ağqoyunlular üçün Fəratı adlayıb hücuma keçmək heç əlverişli deyildi. Çünki onlar həm sayca az idilər, həm də düşmən toplarının atəşi altında tələf ola bilərdilər. Bu cür vəziyyətdə Uzun Həsən özünün keçmiş döyüş təcrübəsindən istifadə edərək belə bir plan hazırladı: hökmdarın oğlu Uğurlu Məhəmmədin başçılıq etdiyi əsas qüvvələr Fəratın sahilində pusquda dayanmalı idi. Bir dəstə Ağqoyunlu atlısı isə hücum edə-edə Fəratı keçməli idi. Düşmən bu dəstəyə hücum etdikdə, onlar geri çəkilməli, düşmən qüvvələrini Fəratın sol sahilinə keçirməli idilər. Bu zaman Uğurlu Məhəmmədin qoşunları düşməni arxadan mühasirəyə almalı idi. Beləliklə, 1473-cü il avqustun 1-də Fərat sahilində Ağqoyunlularla Osmanlılar arasında şiddətli vuruşma baş verdi. Uzun Həsənin seçdiyi düzgün döyüş taktikası nəticəsində Ağqoyunlu süvariləri Türkiyə qoşunlarının zərbə qüvvəsini aldadıb Fəratın sol sahilinə keçirdilər və sultan II Mehmeti ağır məğlubiyyətə uğratdılar. Malatya döyüşü adlanan bu vuruşmada Türkiyə qoşunlarının zərbə qüvvəsi məhv edildi. Malatya məğlubiyyəti Osmanlı qoşununda döyüş intizamının pozulmasına və böyük ruh düşkünlüyünə səbəb oldu. Qələbə ümidini itirən Osmanlı sultanı döyüşdən sonra öz zabitlərindən birini barışığa gəlmək üçün Ağqoyunlu hökmdarının yanına göndərdi. Lakin Uzun Həsən II Mehmetin sülh təklifini qəbul etmədi. Bu zaman Uzun Həsənin qoşunları ilə birlikdə hərəkət edən Venesiya diplomatı Katerino Zeno Malatya vuruşması haqqında yazır: "...avqustun 1-də əlahəzrət hökmdar Osmanın (II Mehmetin) qoşunlarına yaxınlaşdı... Osman onun hücuma keçdiyini görcək, öz hərbi düşərgəsini döyüş arabaları ilə və toplarla əhatə etdi. Bu şöhrətli hökmdar dərhal döyüşə başladı və həmişə üstünlüyü əldə saxladı... Osman öz zabitlərindən birini barışıq təklifi ilə hökmdarın yanına göndərdi. Lakin bu şöhrətli hökmdar heç cür barışığa gəlmədi...".

Ağqoyunlulara qarşı müharibəni davam etdirməyə cəsarət etməyən Osmanlı sultanı Malatya məğlubiyyətinin səhərisi günü öz ordusuna İstanbula doğru geri çəkilmək əmri verdi. II Mehmed Venesiya başda olmaqla Avropa dövlətlərinin birləşmiş hərbi qüvvələrinin qərbdən hücuma keçəcəyindən, xüsusən İstanbulun alınacağından ehtiyat edirdi. Türkiyə qoşunları Fərat sahili ilə şimal-qərbə doğru - Bayburt istiqamətində geri çəkildilər. Uzun Həsənin oğulları başda olmaqla bir çox Ağqoyunlu sərkərdələri Fəratı keçərək geri çəkilməkdə olan düşmənlə yenidən döyüşə girmək üçün hökmdardan icazə istədilər. Lakin Ağqoyunlu hökmdarı buna razılıq vermədi. Görünür, o, sayca çox və yaxşı silahlanmış Osmanlı qüvvələrini həmişəki kimi əlverişsiz coğrafi mövqedə, qəfil zərbə ilə məğlub etmək istəyirdi. Mənbələrin məlumatına görə, Malatya qələbəsindən sonra Uzun Həsən öz sərkərdələrinin Türkiyə qoşunlarına qarşı yenidən hücuma keçmək haqqında təkliflərini dəfələrlə rədd etmişdi. Ağqoyunlu hökmdarı yaxşı bilirdi ki, uzun sürən açıq döyüşdə onun süvariləri odlu silahlara malik olan, xüsusilə ağır toplarla silahlanmış türk piyadasına - yeniçərilərə davam gətirə bilməz. Lakin sərkərdələrin təkidi ilə Türkiyə qoşunlarını təqib etmək qərara alındı.
Mister_Wekili Mister_Wekili [Off] [#] (16.01.2017 / 15:57)
Slayer S9 ft. Muradbeyli ~ Lirika Baxislim
cox sagol men qaraqoyunluyam qedirli sulalesi
Admin Admin (SV!) [Off] [#] (16.01.2017 / 15:58)
İnsanlari yaxindan tanmaq üçn uzaqdan baxmaq lazim
Mister_Wekili, Hamsini oxudun tam?
Admin Admin (SV!) [Off] [#] (16.01.2017 / 15:59)
İnsanlari yaxindan tanmaq üçn uzaqdan baxmaq lazim
Mister_Wekili, Gözle qaraqoyunlular üçünde melumat yazacam
Mister_Wekili Mister_Wekili [Off] [#] (16.01.2017 / 17:18)
Slayer S9 ft. Muradbeyli ~ Lirika Baxislim
# Admin (16.01.2017 / 15:58)
Mister_Wekili, Hamsini oxudun tam?
esi yox
Admin Admin (SV!) [Off] [#] (16.01.2017 / 17:21)
İnsanlari yaxindan tanmaq üçn uzaqdan baxmaq lazim
Mister_Wekili, ona gore soruşdumki onu oxumaq üçün hövsele lazimdi adamda
  Cəmi: 6

Movzuya Baxış: 144 Nefer
Müellife göre filtreleme
Mövzunu Yükle

Foruma Keç

Üst Yenilikler
Baş Səhifə
Onlayn Tanisliq: 0 / 24BEY.AZ

BEY.AZ Sosial Şəbəkə Mesajlaşma

ILK-10
© Bey.az