Video Axtar Yüklə

Son Aktivlik

Forum | Paylaş | Şeir Paylaş
Axtarış | Başliq Fayllari (1)
  Eliaga Vahid den Qezeller oxu şerh et
Baxiş 1642
Admin Admin (SV!) [Off] [#] (16.01.2017 / 17:28)
Ətrafımda gözəl insanlar var olduqca varam
GÖZƏLDİR

Hər aşiqə öz istədiyi yarı gözəldir,
Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.

İlqarı gözəl olmayanı istəməz aşiq,
Can ver elə cananə ki ilqarı gözəldir.

Mən bir uca boylu gözəlin zülfünə bəndəm
Rüxsarı gözəl, şivəsi, rəftarı gözəldir.

Yüzlərlə gözəl başqa vilayətdə də çoxdur,
Amma bizim ölkə bütün - elcari gözəldir.

Yar olsa mənimlə mənə biganə nə eylər?
Uçmaz elə bir xanə ki memarı gözəldir.

Mən istədiyimçün o gülü qeyri də sevdi
Qiymətli o şeydir ki xiridarı gözəldir.

Vahid, mənə insaf elə, sima ilə baxma,
Əhsən elə bir şairə əşarı gözəldir.

Əliağa Vahid dən qəzəllər

DƏLİDİR

Demə Məcnuna dəli, bəlkədə Leyla dəlidir
Eşq olan yerdə bütün aqilü dana dəlidir.

Saldı Yusif kimi öz sevgilisin zəncirə
Qoydu rüsvalıqı aləmdə Züleyxa dəlidir.

Eşq zincirinin iftadəsi bir mən degiləm
Həvəs-i silsileyi eşq ilə dünya dəlidir.

Sarılır çiğninə gah qoynuna, gah qamətinə
Əjdəhalər kimi ol zülfi çəlipa dəlidir.

Bir vəfasız gül üçün naləsi dünyanı tutur
Aşiqin qəlbi kimi, bülbülü şeyda dəlidir.

Bircə Şirin ilə Fərhada məzəmmət yoxdur
Vadiyi eşqdə Varmiq dəli, Əzra delidir

Əl götürməz bu qara gözlülərin zülfündən
Hər yetən zənn eləyir Vahidi guya dəlidir.

Əliağa Vahid dən qəzəllər

BİZİ

Əvvəlindən salan olsaydı əgər başə bizi,
Cəhlimiz salmaz idi, məncə, dağa-daşə bizi.

Azacıq elmimiz olsaydı əgər əsrə görə,
Boyun əydirməz idi qonşuya, yoldaşə bizi.

Nə hünər var, nə biligimiz, nə də bir dövlət ü mal,
İtə atsan da yeməz, hiss eləməz laşə bizi.

Şübhəsizdir tüpürər surət-i idbarımıza,
Göstərə olsa bu sima ilə nəqqaşə bizi.

Üzü dönsün görüm ol ağuya dönmüş çörəyin,
Yaxşı möhtac elədi fahişəyə, oğraşə bizi.

Əliağa Vahid dən qəzəllər

YALVARMA

Könül, vəfasız olan nazlı yarə yalvarma!
Nə e'tibar ona, bi'etibarə, yalvarma!

Darıxma, yaxşı-yaman ruzgarımız keçəcək,
Bu beş gün ömrə görə ruzgarə yalvarma!

Sənin də bir gün olar novbaharın, ey bülbül,
Xəzan cəfasına səbr eylə, xarə yalvarma!

Faqirə, aciz, məzlumə ehtiram eylə,
Əduyə, qaniçənə, zülmkarə yalvarma!

Vətən uğrunda ölüm mərd üçün səadətdir,
Həyat üçün fələki-kəcmədarə yalvarma!

Müxalif əhlinə baş əymə, sən də Mənsur ol,
"Ənəlhəqq" üstə çəkilsən də darə yalvarma!

Məhəbbət əhlinə, Vahid, həmişə xidmət eylə,
Nə təcdarə, nə bir şəhriyarə yalvarma!

Əliağa Vahid dən qəzəllər

GÖZLƏRİNƏ

İcazə ver , baxım ey gül , o qarə gözlərinə ,
Vurulmuşam , nə edim , aşikarə gözlərinə .

Qəm etmərəm , məni yüz dəfə gündə öldürəsən ,
Baxanda bir də dirilləm , dübarə gözlərinə .

Camalın açma , gülüm , qorxuram görüb üzünü ,
Gün olsun hüsnünə aşiq , sitarə gözlərinə .

Olaydı qismət öpəydim o nazik əllərini ,
Ürəkdən eyləmişəm ixtisarə gözlərinə .

Kəməndi - ah ilə səyyadlar dalınca düşər ,
Bu naz ilə əgər etsən işarə gözlərinə .

Gözüm götürməyir əğyarlar baxanda sənə ,
Bir ayrı gözlə edirlər nəzarə gözlərinə .

Şikəstə Vahidə olmaz təbiblərdən əlac ,
Qalıbdır indi sənin bircə çarə gözlərinə

Əliağa Vahid dən qəzəllər

YOX

Hər aşiqin yanındakı öz nazlı yarı yox,
Bənzər şikəstə bülbülə, bağü baharı yox.

Canım fəda o dilbərə ki etibarı var,
Mən neylirəm o dilbəri ki etibarı yox.

Sənsiz gecə-gündüz işim ahu fəğan keçir,
Seyli-bəla tutubdu məni, bir kənarı yox.

Min nazənin gözəl görürən, könlüm istəmir,
Bir səndən özgə aşiqinin intizarı yox.

Dönya behiştə dönsə, cəhənnəm keçir mənə,
Sənsiz, inan ki könlümün əsla qərarı yox.

Arzum budur ki, bir də görəydim cəmalını,
Onsuz bu bülbülün daha bir laləzarı yox.

Eyb etmə Vahidə, bu sözü yazsa dostuna,
Şairdü, başqa bir şey ilə yadigarı yox.

Əliağa Vahid dən qəzəllər

OLA

Şərab ola mən olam,bir də nazlı dilbər ola,
Bir özgə aləmi vardır,əgər müyəssər ola.

Səfayi-məçlisi-mey min behiştdən artıqdır,
Bir əldə gül tuta çanan,bir əldə sagər ola.

Olanda məst zülfün nigar.nəş'əsi var,
Ümumə zövg verə bəzmi-mey,müəttər ola.

Büsatı-badədə hal əhlinin fədası olum,
Şərabı qal ilə icməəgər peyəmbər ola.

Əsiri-zülfünəm, ey şux, gəl açıqlanma,
Əsirə hörmət edərlər, əgərci kafər ola.

Nə Leyli sən kimi olmuş, nə mən kimi Məçnun,
Nə karədir gəlib onlar bizə bərabər ola?

Görəndə, Vahid,üzün yarımın əsir könlüm,
Nə növ'i sakit olur od olsa, səməndər ola?

***

OLSA

Ölməzdim əgər sən kimi bir dilbərim olsa,
Bir afəti-çan, şuxi-mələkmənzərim olsa.

Hər gun dolanıb başına qurbanin olardım,
Pərvanəsifət ucmağa balüərim olsa.

Mən də sevilərdim bütün aşiqlər icində,
Ahuləri Məçnun eləyən gözlərim olsa.

Kuyində mənə qoy nə bilir eyləsin əqyar,
Əlbəttə,çəzasın cəkər ALLAH kərim olsa.

Biganəyə mən bir belə minnətmi edərdim,
Könlüm kimi bir yari-vəfapərvərim olsa.

Vahid demərəm dərdimi mən başqa nigarə,
Yarım bilir eşgində nə dərdi-sərim olsa.

Yar əgər mehri vəfanı düşünən yar olsa,
Qəm deyildir işin, aləm bizə əğyar olsa.

Əhli dil zöbqü səfanı ləbi-çanandan alır,
Zülmdür aşiqə çanani dilazar olsa.

Var nə qəm gözlərinin xəstəsinə yoxdur əlaç,
Ləblərin carəsin eylər, neçə bimar olsa.

Zülf xalin o mehri göz yaşım eylər rövşən,
Geçə aydınlıq olar, sabiti-səyyar olsa.

Yar əgər aşigə qəmxarılıq etməsə, nə qəm,
Qəm odur özgəyə məşuqəsi qəmxar olsa!

Gözlərin şövg ilə qan tökməyə cox rağibdir,
Məstdir, bunça xəta eyləməz hüşyar olsa.

Var ümidim mənə Vahid daha zülm eyləməyə,
Hali-zarımdan o mehparə xəbərdar olsa.

Əliağa Vahid dən qəzəllər

GƏLDİ

Qəm çəkmə könül, məclisi cana yenə gəldi,
Bu qalibi-biruhə verən can yenə gəldi.

Bir neçə gün olmuşdu günüm tirə qəmindən,
Şad etdi məni ol məhi-taban yenə gəldi.

Ahəstə yağıb başına öz ləşkəri-zülfün,
Könlüm evini etməyə viran yenə gəldi.

Sal boynuma,canana dedim,həlqəyi zülfün,
Güldü,dedi,divanəyə-dövran yenə gəldi.

Fərhada deyin,eyləməsin dafidə fərhad,
Bu məclisi ol xosrovi-xuban yenə gəldi.

Qan ağlama,bülbül,dəxi gülzar həvəsində.
Əyyami-xəzan keçdi,gülüstan yenə gəldi.

Vahid,bilir aləm məni,ol zülfə əsirəm,
Sən çox demə məcnunu-biyaban yenə gəldi.

Əliağa Vahid dən qəzəllər

QƏZƏL

Nə qədər eşqimiz , ey gül , belə pünhan olacaq ,
Aşikar eyləməyincə ürəyim qan olacaq ?

Nə qədər gül üzünün həsrətin aşiq çəksin ,
Nə zaman vəslinə bəs yetməyə imkan olacaq ?

Bəs haçan rəhm edəcək bülbülü - biçarəyə gül
Nə qədər bəs o fəğirin işi əfğan olacaq ?

Eşqdən başqa nə dərd olsa yenə çarəsi var ,
Ayrılıq dərdinə , bilməm necə dərman olacaq ?

Öz xoşumla o qarə zülfə əsir oldum özüm ,
Bilmədim , xatirim eşqində pərişan olacaq .

Sən götürt məscidi zahid , bizə meyxanəni ver ,
Kim bu işdə görək axırda peşiman olacaq ?

Hələ Vahid , meyə meyl eyləmə , qoy gəlsin o gül ,
Yarsız yerdə mey içmək bizə nöqsan olacaq .
Fayl:
Şekile Baxış
(22.85 кб.)
Yüklenib: 86 defe
  Cəmi: 1

Movzuya Baxış: 1642 Nefer
Müellife göre filtreleme
Mövzunu Yükle

Foruma Keç

Üst Yenilikler
Sayt.Biz dən Profil Şəkilləri və yazili şəkillər yüklə
Baş Səhifə
Onlayn Tanisliq: 0 / 10BEY.AZ

Bey.Az Paylaşim Mesajlaşma

ILK-10
© Bey.az
Şeirlər, Statuslar, Yeni Şəkillər, Mətbəx , Qadin Dunyasi, Məlumatlar