Video Axtar Yüklə

Son Aktivlik

Forum | Paylaş | Dini Melumatlar
Axtarış | Başliq Fayllari (1)
  Günahı təmizləməyin 15 vasitəsi oxu
Baxiş 269
Admin Admin (SV!) [Off] [#] (20.01.2017 / 21:38)
Aşkin sonu bəhanədi
Günahı təmizləməyin 15 vasitəsi

1. Düzgün etiqad. Həzrət Peyğəmbər (s) buyurur: "And olsun o Kəsə ki, məni insanları hidayət etmək üçün məbus etmişdir! Allah, Onun yeganə olmasına inanan şəxsi cəhənnəmdə daima saxlamaz, məgər onları şəfaət edər".

2. İsitğfar. Həzrət Peyğəmbər (s) buyurur: "Tövbə edən Allahın məhbubudur. O kəs ki, tövbə edər, o cür olar ki, günahı etməmişdir".

3. Zikr. Həzrət Peyğəmbər (s) buyurur: "Elə bir dəstə yoxdur ki, (Allahı yada salar), məgər o halda ki, Allah Təala tərəfindən onlara nida çatar: "Qalxın! Allah pisliklərinizi və günahlarınızı həsənəyə çevirdi və sizin bütün günahlarınızı bağışladı"".

4. Gecə namazı. "Və namazı günün iki tərəfində və gecənin gündüzə yaxın əvvəllərində qıl (sübh namazını günün birinci yarısında, zöhr və əsr namazlarını günün ikinci yarısında, məğrib və işa namazlarını isə gecənin əvvələrində qıl) ki, həqiqətən (namaz başda olmaqla) yaxşılıqlar günahları aradan aparır". ("Hud" 114).

5. Öz nəfsini danlamaq. İmam Rza (ə) buyurur: "Bəni-İsrayildən bir nəfər Allaha 40 il ibadət edir, ancaq ondan qəbul olunmur. O, öz nəfsinə xitab edir və deyir: "Bu sənsən ki, əməllərimin məhv olmasına səbəb olmusan". Allah tərəfindən ona xitab gəlir ki, sənin bu danlamağın 40 il ibadətindən daha üstündür".

6. Salavat. İmam Rza (ə) buyurur: "O kəsin ki, günahlarının kəffarəsini verməyə qüdrəti yoxdur, Peyğəmbərə (s) çoxlu salavat göndərsin. Çünki bu əməl günahları məhv edər".

7. Ali-Muhəmmədlə (ə) dost olmaq. İmam Rza (ə) buyurur: "Peyğəmbər (s) buyurmuşdur: "Biz Əhli-beytin (ə) sevgisi günahları gizlədər və həsənələri bir neçə bərabər edər"".

8. Yaxşı əməl. Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman nalayiq əməl etsən, yaxşı əməl yerinə yetir. Çünki yaxşı əməl günahı məhv edər".

9. Səcdə etmək və məscidə getmək. Bir nəfər Həzrət Peyğəmbərin (s) yanına gəlir və deyir: "Ya Rəsulallah! Günahlarım çoxdur, ancaq yaxşı əməlim azdır". Həzrət Peyğəmbər (s) buyurur: "Çoxlu səcdə et, çünki səcdə günahı uzaq edər, necə ki, külək ağacın yarpaqlarını tökər".

10. Dəstəmaz. İmam Sadiq (ə) buyurur: "Hər kim öz dəstəmazını (vacib əməl üçün) lazım olmayan zaman təzələyərsə, Allah bədəninin istiğfarını bağışlayar".

11. İlahi qorxu. Həzrət Peyğəmbər (s) buyurur: "Elə bir mömin insan yoxdur ki, Allah qorxusundan ağlasın, məgər o halda ki, Allah günahlarını bağışlayar. Baxmayaraq ki, günahları ulduzların sayı, dənizin suyunun damçıları qədər olsa belə".

12. İlahi həddi yerinə yetirmək. Hədislərin birində oxuyuruq: "(Günahkara görə) İlahi həddi yerinə yetirmək - günahın məhv olmasına səbəb olar".

13. Gözəl əxlaq. Həzrət Peyğəmbər (s) buyurur: "Gözəl əxlaq - günahların aradan getməsi mənbəyidir. Necə ki, günəş qarın aradan getmək mənbəyidir".

14. Oruc. İmam Sadiq (ə) buyurur: "Allah Təala Ramazan ayının hər gecəsində günahkarlara cəhənnəm atəşindən nicat verər".

15. Düşünmək. İmam Sadiq (ə) buyurur: "Təfəkkür və düşünmək yaxşılıqlar aynası və pisliklərin kəffarəsidir
Dey. Admin (20.01.2017 / 21:39) [1]
Fayl:
Şekile Baxış
(21.06 кб.)
Yüklenib: 52 defe
  Cəmi: 1

Movzuya Baxış: 269 Nefer
Müellife göre filtreleme
Mövzunu Yükle

Foruma Keç

Üst Yenilikler
Sayt.Biz dən Profil Şəkilləri və yazili şəkillər yüklə
Baş Səhifə
Onlayn Tanisliq: 0 / 5BEY.AZ

Bey.Az Paylaşim Mesajlaşma

ILK-10
© Bey.az
Şeirlər, Statuslar, Yeni Şəkillər, Mətbəx , Qadin Dunyasi, Məlumatlar