Video Axtar Yüklə

Son Aktivlik

Forum | Meqale/Xeberler | Melumatlar
Axtarış
  Gündəlik Bürclər - 27.01.2017
Baxiş 374
Admin Admin (SV!) [Off] [#] (27.01.2017 / 08:55)
Aşkin sonu bəhanədi
Bürclər və Qoroskop
Bey.az teqdim edir Gündəlik Bürclər - 27.01.2017

27 yanvar 2017-ci il. Günün qoroskopu. ola bilər ki, həyatınızda yeni mərhələ başlasın

Qoç - yaxın ətrafınızdakı insanlara mövqeyinizi sakit şəkildə çatdırın. Amma onlara öz mövqeyinizi təkid, israrla qəbul etdirməyə, başqalarını da sizin kimi açıq danışmağa çalışmayın.

Buğa - ola bilər ki, həyatınızda yeni mərhələ başlasın. Spontan qərarlar verməyin, düşünülməmiş addımlar atmayın.

Əkizlər - ən önəmli anlarda hissiyatınıza güvənin. Hansısa şəxs qanunu pozaraq sizdən rüşvət tələb edirsə, verməyin. Haqqınızı tələb edin, sonadək gedin.

Xərçəng - bu gün yaranan perspektivi dəyərləndirməyə çalışın. Hadisələr gərginləşir, harmoniya və sakitlik məcrası pozulur. Siz sakitlik istəsəniz də, belə olmayacaq. Lakin bir addım da geri çəkilməyin, irəliləyin.

Şir - məqsədinizə çatmaq üçün gərəkli bildiyiniz hər şeyi edin. Şəxsi münasibətlərdə emosiyalar həddini aşa bilər, çünki demək istəmədiyiniz həqiqəti söyləyəcək və maskaları yırtmağa can atacaqsınız.

Qız - gün sakit olmayacaq. İşlərinizin maraqları çərçivəsində addımlar atın, eqoist olmayın. Bir məqamda güzəştə getsəniz, digər istiqamətlərdə üstünlük əldə edərsiniz.

Tərəzi - gərgin gündür. Qayğı və öhdəliklərin sayı artacaq. Prinsipial məsələnin həllinin nəzərdə tutulduğu danışıq və ya müzakirə üçün əlverişli gün deyil.

Əqrəb - qarşılıqlı güzəşt çox çətinliklə əldə oluna bilər. Təşəbbüsləriniz çoxsaylı maneələrlə qarşılaşacaq. Rəhbərlik və tərəfdaşlarınızla münasibətlərdə çətinliklər yaranacaq.

Oxatan - problemlər ruhdan düşməyinizə səbəb olmamalıdır. Əksinə, sizə meydan oxuyanlara rəğmən, onları üstələyin. Çəkinməyin, qorxmayın, tərəddüd etməyin.

Oğlaq - alış-verişdə bahalı heç nə almayın. Çünki həmin nəsnə az sonra sizdə təəssüf hissi yarada bilər.
Sevdiyiniz insanlarla diqqətli olun.

Dolça - gərgin, hadisələr və emosiyalarla dolu gündür. Yaşanan hadisələr nəyin düzəlişə, təkamülə ehtiyac duyduğunu aşkar göstərəcək. Emosiyaları nəzarət altında saxlayın.

Balıqlar - situasiyaları münaqişəyə çevirməyin, baş verənləri drammatikləşdirməyin. Günün ikinci yarısı çoxdan bəri tamamlamağı düşündüyünüz işi bitirmək üçün əlverişlidir.
Dey. Admin (27.01.2017 / 08:56) [1]
  Cəmi: 1

Movzuya Baxış: 374 Nefer
Müellife göre filtreleme
Mövzunu Yükle

Foruma Keç

Üst Yenilikler
Sayt.Biz dən Profil Şəkilləri və yazili şəkillər yüklə
Baş Səhifə
Onlayn Tanisliq: 0 / 13BEY.AZ

Bey.Az Paylaşim Mesajlaşma

ILK-10
© Bey.az
Şeirlər, Statuslar, Yeni Şəkillər, Mətbəx , Qadin Dunyasi, Məlumatlar