BEY.AZHesab yarat
BEY.AZ - Milli sosial şəbəkə! 2006-2018
Reklam: Sayt.Biz Gundəlik Məsləhətlər




Yeni Hesab yarat

Son Aktivlik

Forum | Meqale/Xeberler | Xeberler
Axtarış
  Ziya Məmmədovun nazirliyi ləğv edildi – Yenilənib
Baxiş 441
Admin Admin (SV!) [Off] [#] (13.02.2017 / 16:12)
Həyat bir gündü oda bu gün deyil
Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilməsinə Ziya Məmmədov münasibət bildirib. O, musavat.com-a açıqlamasında deyib ki, bu mövzunu hələlik şərh etmək istəmir:

“Mən hələ bu haqda danışmaq və şərh vermək istəmirəm. Açığı heç özüm də bilmirəm ki, nolacaq, necə olacaq”. Sabiq nazir “indən sonra hansı vəzifədə çalışacaqsınız, sizinlə bağlı təyinat olacaqmı” sualına belə cavab verib:

“Bu barədə heç nə deyə bilmərəm. Öz başına deyiləm ki. Bu işlər mənim səlahiyyətimdə deyil.”

***
Yeni yaradılan nazirliyə Ramin Quluzadə nazir təyin edildi

Ölkə başçısı İlham Əliyev Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.
“Basta” “Report”-a istinadən bildirir ki, dövlət başçısının digər sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Sərəncam Azərbaycanda dövlət idarəetmə strukturunu təkmilləşdirmək, habelə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində dövlət siyasətini və tənzimlənməsini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və səmərəliliyi artırmaq məqsədilə imzalanıb.

Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə Nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb Prezidentə təqdim edəcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar Prezidentinin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflər iki ay müddətində hazırlanıb dövlət başçısına təqdim olunacaq. Həmçinin Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılması üç ay müddətində təmin edilib Prezidentinə məlumat veriləcək.

Sərəncama əsasən, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.
  Cəmi: 1

Movzuya Baxış: 441 Nefer
Müellife göre filtreleme
Mövzunu Yükle

Foruma Keç

Üst Yenilikler
Sayt.Biz dən Profil Şəkilləri və yazili şəkillər yüklə
Baş Səhifə
Onlayn Tanisliq: 0 / 5BEY.AZ

Bey.Az Paylaşim Mesajlaşma

ILK-10
ŞƏKİL AXTAR
© Bey.Az