Mp3 Axtar Yüklə (Reklamsiz)

Son Aktivlik

Forum | Meqale/Xeberler | Meqaleler
Axtarış | Başliq Fayllari (1)
  Allahin işi Misirde yaşanan heqiqet
Baxiş 182
Admin Admin (SV!) [Off] [#] (22.02.2017 / 09:36)
İnsanlari yaxindan tanmaq üçn uzaqdan baxmaq lazim
Bu Hadisə Misirdə Yaşanıb
Bir kişinin ürək xəstəliyi var imiş. Həkimlər ona dedilər ki, biz səni müalicə edə bilmərik. Ona xüsusi əməliyyat lazımdır. Ancaq xaricdən maraqlan bəlkə sənin ürək əməliyyatını edə bilərlər. O da Londonda ən məşhur ürək cərrahının yanına gəlib, yoxladıqdan sonra həkim dedi: "Sənin ürəyin təhlükəli vəziyyətdədir. Əgər səni əməliyyat etsək 1% müsbət nəticə alarıq." Kişi dedi: "Onda öz ölkəmə gedib vəsiyyətimi yazım, işlərimi yoluna qoyub 10 gündən sonra qayıdım." Öz ölkəsinə qayıdanda hər kəslə vidalaşır. Son olaraq dostu ilə vidalaşıb dostunun ofisindən çıxanda, ofisin yanındakı qəssabxanada bir qadının qəssabın atdığı heyvandakı tullantıları yığdığını görür. Kişi soruşdu: "Sən bu tullantıları nə edirsən?" Qadın dedi: "Mənim beş uşağım var. Onlar ancaq Qurban bayramında göndərilən qurbanlıq payından başqa ət görmürlər. İmkanım olmadığından bu tullantıları yığıb uşaqlarıma bişirirəm." Kişi bir şaqqa ət alıb ona verdi və qəssaba dedi: "Hər həftə bu qadına 2 kilo ət verərsən. Mən onun bir illik pulunu bəri başdan verirəm." Qadın gözləri yaşlı halda əllərini göyə qaldıraraq dedi: "Ya Rəbbim, bu adama bütün çətinliklərdən çıxış ver."
10 gün bitdikdən sonra kişi əməliyyat üçün Londona qayıtdı. Əməliyyat öncəsi yoxlamadan keçəndə həkimlər gördülər ki, xəstəlikdən heç bir əsər əlamət qalmayıb. Bu nəticə həkimləri təəccübləndirdi. Üç dəfə yoxlanma təkrarlandı və eyni nəticəni verdi.
Həkim kişiyə dedi: "Bu elə bir möcüzədir ki, ürəyin tam sağlamdır və ölkənə qayıda bilərsən." Kişi qadının duasını xatırladı və həkimə dedi: "Bu möcüzə deyil. Bu bir qadının gözyaşı səbəbilə Allahın verdiyi şəfadır."
Hörmətli Oxuyucu: "Peyğəmbər (sallallahu aleyhi va səlləm) hədisdə belə buyurmuşdur: "Xəstəliklərinizi sədəqə ilə müalicə edin." - və o hədisə görə sahabələrdən biri öz ailəsində kim xəstələnsə, dərhal fəqirlərə sədəqə verir və Allahdan şəfa diləyərdi.
Fayl:
Şekile Baxış
(21.48 кб.)
Yüklenib: 25 defe
  Cəmi: 1

Movzuya Baxış: 182 Nefer
Müellife göre filtreleme
Mövzunu Yükle

Foruma Keç

Üst Yenilikler
Baş Səhifə
Onlayn Tanisliq: 0 / 12BEY.AZ

BEY.AZ Sosial Şəbəkə Mesajlaşma

ILK-10
© Bey.az