Mp3 Axtar Yüklə (Reklamsiz)
Admin ilə əlaqə

Son Aktivlik

Forum | Hekayə | Maraqli
Axtarış
  SUSQUN DÜŞÜNCƏLƏR
Baxiş 140
Beydi Beydi [Off] [#] (04.05.2017 / 22:54)
Admin nikindəyəm Beydi niki Off
"Bir gün çıxıb gedәrsәn, sәssizcә burada hәr şeyi buraxıb, әn әzizlәrinlә vidalaşmadan gedәrsәn.. İlk öncә sәni sevәnlәri suallar didәr... Barışmazlar gedişinlә, üsyan edәrlәr. Daha sonra adi hala çevrilәr gedişin. Bir az da unudularsan.. Xatırlandıqda gedişinә heyfsilәnәnlәr dә olar, amma arabir әn yaxınlarından olanlar gülümsünәrәk sәnlә hansısa xoş bir xatirәsini yada salar... Bәlkә dә insanın yoxluğunu unutduran Allahdır, yoxsa sәni canı ilәnlr xiffәtdәn mәhv olarlar" ... Pәncәrәnin önündә dayanaraq düşüncәlәrә dalan Dürdanә xanımı, fikirlәrindәn tibb bacısının "Hәkim Sizi gözlәyir" deyә çağırması ayırdı. Xırda addımlarla hәkimin otağına doğru gedәrәk, qapısını döydü. "Girin" deyә içәridәn sәs eşidildi. Astaca qapını açıb, içәri daxil oldu. İcazә istәyәrәk hәkimin önündә әylәşdi.

Bәstәboy, incә cizgilәri olan bu yaşlı xanımın siması hәlә dә gәnckәn gözәl biri olduğundan xәbәr verirdi. Heç vaxt söz gülәşdirmәyi, qeybәti, dava-dalaşı sevmәz, hәlim xasiyyәtinә rәğmәn sözü üzә deyәn möhkәm xarakterә malik bir qadın idi. Xasiyyәtinin hәlimliyi simasına ahıl yaşında bir başqa nuranilik verirdi. Dәrdlәrini daim içindә saxlardı. Küsülülәri barışdırar, özü dә küsülü qalmağı xoşlamazdı. Hara gedәrdisә, onu tanımayan adamlar belә әdәbinә, sәliqәsinә heyran olardı. Elә 2 gündür müayinәyә gәldiyi bu xәstәxananın hәkimi vә tibb bacıları da ona vurulmuşdular.

Hәkim bir neçә dәqiqә haradan başlayacağını bilmәdi. Sükutu Dürdanә xanım pozdu:

-Doktor, çoxmu ciddidir?

Hәkim dәrin bir nәfәs alaraq cavab verdi:

-Әlbәttә, gәrәk daim dәrman qәbul edәsiniz, hәkim nәzarәtindә olmalı vә stressli vәziyyәtlәrdәn kәnar...

Dürdanә xanım onun sözünü kәsdi:

-Oğluma demәyin...

Hәkim etiraz etmәk istәdi:

-Әslindә, o bilmәlidir ilk növbәdә... Bir yaşayırsınız, evdә sakitçiliyi o tәmin etmәli, sizi daim әsәb...

Dürdanә xanım sәrt şәkildә etiraz etdi:

-Bilmәyәcәk... Mәni buraya gәtirәn cavan oğlan da.. Bacım oğludur, möhkәm dostdurlar hәm dә... Eynәn oğlumun xasiyyәtindәdir. Çılğındır... İstәmirәm o da mәnә görә qayğılansın.. Siz dәrmanlarımı yazın, mәn gedim...

Hәkim köks ötürәrәk:

-Әslindә son bir müayinә qalıb, onu etmәk üçün bir gün burada qalmalısınız.

Dürdanә xanım gözünü mәchula dikәrәk:

-İndi olmaz. Oğlum dalımca gәlәcәk. Siz resepti yazın, mәn axşam gәlib gecәni qalaram, sabah da axşamacan müayinәni edәrsiniz.

Hәkim başını buladı:

-O zaman qızlara tapşırım, sizdәn bir dә qan nümunәsi alsınlar, axşam gәldiyinizdә yatanacan bir neçә dәfә tәzyiq ölçsünlәr vә ürәk ritminizi müşahidә etsinlәr.. Ancaq, Dürdanә xanım, oğlunuz xәbәrdar olsa yaxşı olardı.

Dürdanә xanım hәkimin gözlәrinin içinә baxdı:

-Nә oğlum Aslan, nә dә bacım oğlu Rüfәt heç nә bilmәmәlidir-deyәrәk ayağa qalxıb otaqdan çıxdı.

"Әlvida demәk әslindә çox çәtindir, vidalaşmadan da getmәk olmur. Nigaran qalırsan... Әzizlәrin, yaxın bildiklәrin sәndәn inciyәr. Amma bәlkә dә incimәzlәr. Ölüm üzrlü haldır. Kimsә nә zaman gәlәcәyini bilmәz... Ancaq... Bu da insanın öz-özünә uydurduğu yalandır. Tanrı rәhmlidir. Hiss edirsәn öncәdәn. Әn azı sәnә vidalaşacaq qәdәr vaxt verilir. Amma hәr kәs vidalaşacaq qәdәr qoçaq deyil. Bәlkә dә bura qoçaqlığın dәxli yoxdur. Qarşındakını üzmәkdәn, yaralamaqdan qorxarsan.."

-Ana, ver resepti. Aptekdә salxayacam indi-oğlu Aslan onu fikirdәn ayırdı.

-Oğlum, son ikisini almasan da olar. Onlar vacib deyil-deyә resepti uzatdı.

Aslan maşını saxladı. Geri çevrilib anasının gözlәrinin içinә baxdı:

-Necә yәni vacib deyil?! Nә yazılıb onu alacağam

Dürdanә xanım gülümsündü:

-Vacib deyil dә.. İlk ikisini al. Od qiymәtinәdir onsuz da.. Sәn dә ki çapalayırsan axı, bu dolanışığın dalınca...

Aslanın gözlәri doldu:

-Nә danışırsan sәn, ana?! Sәndәn vacib nә var ki,?!- sözünün arxasını gәtirә bilmәdi. Maşından düşdü. Oğlunu baxışları ilә ötürdü. Aslan aptekә girәn kimi sәssiz göz yaşları yanaqlarından süzüldü. "Qurbanın olaram, oğul. Sәn bu dolanmaq dәrdindә hәyat girdabında özünü oda-közә vura-vura gәnckәn qocaldın. Ağ tellәrini, alnında yenicә şırım açan qırışları gördükcә ürәyim parça-parça olur. Sәninçün rahat hәyat tәmin etdirә bilmәdim. Atan vaxtsız, sәn yenicә püxtәlәşәn zaman getdi bu dünyadan... O gün-bu gündür bir parça çörәk arxasıyca qaçdın. Kimsәnin haqqını yemәdin, kimsәni әzmәdin. Ancaq halalının arxasından getdin.. İndi sәni necә buraxıb gedim, Aslanım?!..." Oğlunun aptekdәn çıxdığını görcәk, cәld gözlәrinin yaşını sildi, üzünә tәbәssüm qondurdu. "Hamısını aldım" deyә Aslan maşına oturdu. Maşını işә salanda telefonuna zәng gәldi. "Rüfәtdir" deyә Aslan güldü. "Sağ ol, Rüfәt yaxşıyam. Xalan da pis deyil.Yox hәkim resept yazıb. Xalama denәn narahat olmasın, ay Rüfәt. Al özün danış" deyә telefonu Dürdanә xanıma uzatdı. Dürdanә xanım gülümsünәrәk telefonu götürdü. Aslan avtomobili yerindәn tәrpәtdi. "Dәrdini alaram, necәsәn?Yox oğlum, narahat olma. Hәә, bacım da zәng etmişdi. Yaxşıyam, yaxşı... yox, bu axşam gәlmә.." bir gözüylә ona çaşqın halda avtomobilin salon güzgüsündәn tamaşa edәn Aslana baxdl "bu axşam yas yerinә gedәsiyәm, Sәlyana. Köhnә iş yoldaşım var, onun әri rәhmәtә gedib. Yox,aparacaqlar narahat olma... hә, orasını özünüz bilәrsiniz. Rüfәt, Aslanla möhkәm dost olun. Münasibәtinizә baxdıqca çox qürrәlәnirәm.Sağ ol, canım qurban". deyә sağollaşaraq telefonu Aslana uzatdı.

-Ana, bunә vaxtın yasıdır? -deyә Aslan narahar halda soruşdu

-Ölüm canına, Kifayәt vardı köhnә iş yoldaşım, әri rәhmәtә gedib. Bayaq xәstәxanada xәbәrini aldım. Sәn taksi çağırarsan qapıdan aparar mәni, narahat olma.

-Ana, bax nәsә gizlәdirsәn mәndәn-deyә Aslan mәzmmәtedici tәrzdә dillәndi.

-Yox, yox canım qurban olsun.... Nә gizlәdәcәm-deyә gözlәrini güzgüdәn ona baxan Aslanın gözlәrindәn gizlәtdi-Bax, oğlum, Rüfәtlә yaxın olun.. Rüfәt yaxşı oğlandır, eyni xasiyyәtlisiniz. Sizә baxanda ürәyim dağa dönür. Hәyat boyu bir-birinizә dәstәk olun.

-Nә olub ay ana, belә vәsiyyәt edәr kimi danışırsan?!

-Yox, ölüm canına, nә vәsiyyәti?! Nәsihәt deyәk-deyә dedi. Hәr ikisi güldü...

Evdә sakitcә otağına çәkilib, guya qәzet oxuyurdu. Aslanın qızıyla bәrk başı qarışdığını gördükdә qapısını yavaşca bağladı. Qızıllarını, pensiyasıyla yığdığı bir miqdar pulu, sonra müavinәt kartını, sәnәdlәrini vә nәnәsindәn qalan 2 gümüş dәstini vә qızıl saatını, hәyat yoldaşının vaxtilә ona hәdiyyә etdiyi mirvari boyunbağı çıxarıb hamısını komodunun üstendәki mücrüyә qoydu. Sonra nә fikirlәşdisә, mirvari boyunbağını oradan götürәrәk nәvәsi Aynuru sәslәdi. Boyunbağını ona bağladı."Urra, ata ay ata!"deyib qaçan qızcığazın arxasıyca güldü.Aslan gülә-gülә otağa gәldi.

-Ay ana, iki günә qıracaq, atamın sәnә aldığı yadigar deyil bu?!-deyә soruşdu.

-Heç dә yox, mәn onu qoruyacam, sındırmayacam. Özü dә mәnim nәnәm super nәnәdir. -arxadan Aynur anasına cavab verdi. Aslan da, Dürdanә xanım da qәşş edib güldülәr. Dürdanә xanım Aynuru qucaqlayaraq, hәr iki üzündәn öpdü. "Mәnim super nәvәm"deyәrәk saçlarını oxşadı. "Hәә, indi gedәk sizә öz әllәrimlә yemәk hazırlayacağam." deyә oğluyla nәvәsinin çiyinlәrini qucaqladı.

Aslanla Aynurçün әn sevdiklәri qurudlu xәngәli bişirdi, onları doyunca yedirdi. Daha sonra otağına çәkilәrәk Rüfәtin ona hәdiyyә etdiyi kitabı oxumağa başladı. Vaxta az qalırdı. Birazdan taksi gәlәcәk, onu xәstәxanaya aparacaqdı. Bircә Aslan onu ötrmәyә dirәnmәsәydi. Oxumağa ara verib, cib telefonunu götürәrәk Rüfәtә zәng etdi. Ayağa qalxıb Aslan onların danışığını eşitmәsin deyә qapını örtdü.

-Canına qurban, nә әla yazmısan. Oxuduqca adamı aparır... Sәn davam et bu işә, alınır sәndә...

-Utandırırsan e xala... Bәyәndiyinә sevindim-deyә Rüfәt cavab verdi

-Gör nә deyirәm, dәrdisin alım,axşam çağır Aslanı, sıxılır evdә... Bir az da bu işsizlik, mәnim xәstәlәnmәyim... Başını qat onun...

-Bu saat zәng edәrәm, xala.. Onsuz da görüşәcәkdim onunla...

-Hә, әla olar...Diqqәtcil, gözәl ürәyinә qurban.-deyә Rüfәtlә sağollaşdı. 2 dәqiqә sonra Aslanın telefonuna zәng gәldi. Rüfәt idi deyәsәn. Daha sonra qapısı döyüldü. Aslan ehmlalıca gәlәrәk kresloda әylәşib kitab oxuyan anasının boynunu qucaqladı. Kitaba işarә edәrәk:

-Rüfәt yazan kitabdır-deyә gülümsündü-bir bilsәn, necә sevinirdi üstünü yazanda...

-Maşallah, çox istedadlıdır Rüfәt balam. Heç vaxt xalasını da unutmur... Bu dünya vәfasızdır, oğlum...Çalışın qohumluqdan әfzәl, dostluğunuz baqi qalsın-deyә gözünü mәchula dikdi.

-Ana, Rüfәt zәng etmişdi, mәn çıxıram. Sәn әminsәn ki, mәn sәni ötürmәyә gәlmәyim? Canım qalacaq yanında.

-Canım sәnә qurban-deyә Aslanın yanağından öpdü-sәn sağolmu taksini danışdın. Aparacaq 1 saat gözlәyib gәtirәcәk. Daha nәyi gözlәyirsәn axı? Narahat olma

-Yaxşı ana, mәn çıxdım.-deyә Aslan onun boynunu qucaqlayıb otaqdan çıxdı.

"Hәr kәs ona yazılanı yaşar... Ancaq yazını da әmәllәrinlә dәyişә bilәrsәn. Kin-küdurәt, kibrlilik, pul-para hәrisliyi... Bunların bir gün boş olduğunu anlarsan. Nә sirrdirsә, insan bunların boş olduğunu bir gün anlayır. Amma, o gün çox vaxt sәnin öldüyün gün olur..."

-Çatdıq bacı. -deyә taksi sürücüsü xәstәxananın önündә saxladı.

Dürdanә xanım sürücüyә pulu uzatdı. Sonra qәfil nәyisә xatırlayaraq taksi sürücüsünә dedi:

-Qardaş, bayaq sizә zәng edәn oğlan birdәn zәng edib soruşsa, deyin ki, Salyandayıq. Oğlumdur, xәstәxanaya gәldiyimi bilsә, narahat olar. Zatәn, onun başında o qәdәr qayğı var....Siz mәnim dllımca iki saatdan sonra gәlin.

Yaxşı, xanım. İki saat sonra burdayam.-dedi. Dürdanә xanım maşından düşdü

-Qızım, iki saata edәcәksinizsә, edin.

-Axı Ramil hәkim tapşırdı ki...-deyә tibb bacısı çaşqın halda cavab vermәk istәdiyindә Dürdanә xanım onun sözünü kәsdi.

-Vaxtım azdır, mәnim balam...

-Xanım, siz burada gecәni keçirmәlisiniz. Hәkimin dә tapşırığı budur. Bizә dә söz gәlәcәk, sizi buraxsaq...

-Mәnim balam, iki saatdan çox vaxtım yoxdur-deyә Dürdanә xanım inad etdi.

Tәzyiqini ölçdülәr, daha sonra qan nümünәsi aldılar. Koykadan qalxaraq çantasının içindәn telefonun götürüb rayondakı qardaşına zәng edib hal-әhval tutdu. Daha sonra әmisi qızlarına, köhnә iş yoldaşlarına, köhnә mәhәllә qonşusuna bir-bir zәng edib keflәrini soruşdu. Hamısına da "yaxşıyam"dedi. İki saatın da nrcә keçdiyini bilmәdi. Tibb bacısı tәkrar gәldi. Tәzyiqini ölçdü.

-Tәzyiqiniz 3 dәfәdә müxtәlif nәticәlәr göstәrir, Dürdanә xanım, halınız pislәşә bilәr.

-Qızım...

-Baxın әzizim, mәn sizi xәbәrdar etmәliyәm. Halınız dәyişә bilәr... Burda qalmağınız daha mәqsәdәuyğundur. Ancaq illah ki, getmәk istәyirsinizsә, mәsuliyyәt haqda vәrәqәni imzalayın, sonra gedin.

-Әcәl gәlişini dәyişmәz ki..-deyә Dürdanә xanım pıçıldadı.

-Anlamadım?!-tibb bacısı soruşdu.

-Heç qızım, gedәk vәrәqi imzalayım-dedi.

"Ölüm bәzәn yaxşı insanlar üçün vidalaşmağa, hal-xәtir soruşmağa azca vaxt verәr. Gәlәcәyini hiss etdirәr. Bu halda, bir az sәnә zaman tanıyar. Son bir şey üçün... Nәyisә tamamlamaq üçün... Alәmlәrin Rәbbi çox mәrhәmәtlidir. Bәzәn bu zamana çox ehtiyac duyanlar var. Hәyatın bütün fәlsәfәsi bu anmış sәn demә... "

Ürәyinin sancdığını hiss etdi. Yerinә uzanıb gözlәrini tavana dikәrәk gülümsәdi. "Bir azdan gәlәcәksәn, qapını açıb içәri keçәcәksәn"deyә pıçıldadı. Kәlmeyi-şәhadәtini deyәrәk "Sәnә doğru gәlirәm, Allahım! Günahlarım varsa, mәni әfv et" deyәrәk gözlәrini yumub artıq başının üstünü kәsdirәn әcәlә özünü buraxdı. İndilәrdә Aslan da qayıdacaqdı. Nәvәsi vә gәlini gәzmәkdәn gәlәcәkdi... vә onun hüzur içindә yatdığını görәcәkdilәr. Sonra yaxınları, qohumları gәlәcәk ardıyca ağlayacaq, onu son mәnzilә yola salacaqdılar....Rüfәt yenә çılğınlığına salacaq yoxluğuyla bir müddәt barışmayacaqdı... Әn çox da Aslan mәhv olacaqdı bәlkә. Bu hәyatda tәk tutunacaq yeri anasıdır axı... Amma zaman keçәcәk, mәrhәmәtli Allah onu oxşayacaq, ana dәrdini unutduraraq onun könlündә anasını xoş bir xatirәyә çevirәcәkdi...

"Ölümüylә belә insanları incitmәyә, әziyyәt etmәyә çәkinәn insanlar var. Onlar özlәrindәn sonra xoş xatirәlәr qoyaraq sәssizcә gedirlәr. Hәyatları boyu sanki vakkum tәki ağrıları içinә çәkәr, hәr acıya sinә gәrәrlәr. Nә ki bizi öldürmür, o güclü edir.... vә mәhz güclü insanlar özündәn sonra xoş xatirәlәr buraxır...

SON
  Cəmi: 1

Movzuya Baxış: 140 Nefer
Müellife göre filtreleme
Mövzunu Yükle

Foruma Keç

Üst Yenilikler
Baş Səhifə
Onlayn Tanisliq: 0 / 10BEY.AZ

Bey.Az Paylaşim Mesajlaşma

ILK-10
© Bey.az