BEY.AZHesab yarat
BEY.AZ - Milli sosial şəbəkə! 2006-2018
Reklam: Sayt.Biz Gundəlik Məsləhətlər




Yeni Hesab yarat

KitabXana | Mənali Hekayələr

Bir ovcunun xatirəsindən

Yerleşdirdi:Admin (10.07.2017 / 00:25)
Reytinq:rating 107 article (1)
Oxunmuş:187
Fikirlər:0
Bey.az » hekaye

Bir ovçunun xatirəsindən

- Bir gün ova getmişdim. Canavar yuvasını tez tapdım. Ana canavarı yerindəcə güllələdim, onun balalarını isə itim gəmirib, öldürdü. Axşam bu hadisəni evdə və dostlarımla oturduğum kafedə şərəflə danışırdım.
Səhərisi gün həyətdəki hay-küyə və itin zingiltisinə yuxudan oyandım və tez həyətə qaçdım. Gördüyüm mənzərə məni dəhşətə gətirdi. Həyətdə böyük bir canavar var idi, itim qorxusundan tövlənin dibinə qısılmışdı. Canavarın yanında isə mənim iki yaşlı oğlum durmuşdur, onun quyruğu ilə oynayırdı. O təhlükəni hiss etmirdi. Mən oğluma heç nə ilə kömək edə bilmirdim. O məhv elədiyim ailəsinin intiqamını almağa gəlmişdi. Canavarla gözlərimiz sataşdı. Мən az qala ona yalvarmağa başlayırdım: “Oğluma dəymə, onun əvəzinə məni parçala”.
Acizlikdən gözlərim yaşla doldu. Oğlum canavarın quyruğunu buraxıb, mənə tərəf qaçdı. Mən onu bağrıma basdım.
Canavar isə sakitcə çıxıb getdi. O qisasını almışdı. Məndən fərqli olaraq o qansız və ölümsüz öz ailəsinin qisasını aldı.
O öz ağrısını mənə verib getdi…
Yüklə txt | fb2
Sayt.Biz dən Profil Şəkilləri və yazili şəkillər yüklə
Baş Səhifə
Onlayn Tanisliq: 1 / 7BEY.AZ

Bey.Az Paylaşim Mesajlaşma

ILK-10
© Bey.Az