BEY.AZHesab yarat
BEY.AZ - Milli sosial şəbəkə! 2006-2018
Reklam: Sayt.Biz Gundəlik Məsləhətlər




Yeni Hesab yarat

KitabXana | Şeir

Sevsəm öldürərlər, Sevməsəm Ölləm

Yerleşdirdi:Admin (13.06.2017 / 20:19)
Reytinq:rating 12 article (1)
Oxunmuş:174
Fikirlər:0
Çarəsiz bəlaya tuş olmuşam mən,

Başımın üstünü alıb duman, çən.

Bu yorğun halımı hardan biləsən?

Desəm öldürərlər, deməsəm ölləm.



Təbib də eyləyə bilməyir əlac,

Ürəyim bir sənin sevginə möhtac.

Mən səni qaldırıb öz başıma tac

Etsəm öldürərlər, etməsəm ölləm.



Qalmışam iki yol ayrıcında tək,

Alıbdı qəlbimi baxışı ürkək.

Neyləyim, nə edim bilmirəm, gercək,

Sevsəm öldürərlər,sevməsəm ölləm.





MÜƏLLİF:SEYMUR SÖNMƏZ (PAŞAYEV)

12.06.2017
Yüklə txt | fb2
Sayt.Biz dən Profil Şəkilləri və yazili şəkillər yüklə
Baş Səhifə
Onlayn Tanisliq: 1 / 11BEY.AZ

Bey.Az Paylaşim Mesajlaşma

ILK-10
ŞƏKİL AXTAR
© Bey.Az