Mp3 Axtar Yüklə (Reklamsiz)
KitabXana | Məlumat

Ömür Zaman Statiskasi

Yerleşdirdi:Admin (26.07.2017 / 15:52)
Reytinq:rating 150 article (1)
Oxunmuş:31
Fikirlər:0
Statistikaya görə, Azərbaycanda insan ömrü, ortalama 70 ildir. Bu da o deməkdir ki, heç bir xəstəlik keçirməsək və qəzaya düşməsək, cəmi 25550 gün yaşamış oluruq. Bu müddət ərzində, hər gün 8 saat yuxu yatmış olsaq, ömrümüzün üçdə birini yuxuda keçirmiş oluruq. Deməli, 70 ilin, 8516 gününü yuxuda keçirmiş oluruq. Yerdə qalır cəmi, 17032 gün.

Hal-hazırda bu statusu oxuyan insanları nəzərə alsaq, ömrünüzün yarısını, və ya yarıdan çoxunu yaşamısınız. 25550 günü, öz yaşınıza uyğun olaraq bölsəz, yerdə qalan ömrünüzün neçə gündən ibarət olduğunu təxmini rəqəm ilə biləcəksiniz. Məsələn, mənim 26 yaşım var. Bu da o deməkdir ki, mən 70 ilimin üçdə birindən çox zamanını yaşamışam. Qalan ömrüm, cəmi 16059 gün edir ki, bunun da 5353 gününü yuxuda olacam. Təsəvvür edirsiniz, 26 yaşlı birinin, həyatda bütün arzularına və məqsədlərinə çatması üçün, cəmi 10706 gün oyaq vaxtı var.

Şəxsən mən, qarşıdan gələn 2-3 ilimə var gücüm ilə çalışıram ki, arzuladığım həyatı özüm üçün qurum. Zamanımın çox az olduğunu anlamışam. "Boş vaxt" deyə bir şeyin olmadığını çox gözəl dərk edirəm. Buna görə, avtobuslarda, dayanacaqlarda belə kitab oxuyur, plan qurur, o plan üzrə hərəkət edirəm ki, həmən o 2-3 ili boşuna xərcləmiş olumayım. Daha çox bilim, daha yaxşı düşünüm, daha fərqli düşünüm və daha keyfiyyətli iş görüm. Bütün gücümü buna sərf edirəm. Və özümə çox güvənirəm. Dəqiq bilirəm ki, günün 12 saatını yatan, yuxudan durub televizoru açan, aramsız türk seriallarına baxan, çölə çıxıb çayxanalarda vaxt keçirən, boş-boş söhbətlər edən insanlardan çox fərqliyəm və onlar 2-3 il sonra yerlərində addımlayanda, boş vaxtlarının olmadığından şikayətlənəndə, mənasız "söhbət"lər həll eləməyə gedəndə, mən həmən vaxt öz hədəfimə çatıb, daha yüksək hədəflər haqqında planlar quracam.

Bütün çətinliklərə baxmayaraq, eyni ölkədə yaşadığımıza baxmayaraq, mən bu planları qurub öz gələcəyim haqqında düşünürəmsə, sənin "İnsanda gərək bəxt olsun", "Bu günü də belə yola verdik", "İşləmək, oxumaq istəyirsənsə gərək daydayın olsun" kimi fikirlərə düşməyin çox yersizdir.

Ətrafına bax. Əgər sən də ətrafındakı insanlar kimi tüfeyli, ac, ağzını açıb kimdənsə kömək gözləyən birinə çevrilmək istəmirsənsə, o zaman hərəkətə keç. O paslanmış dalını yerdən qaldır. Gözləmə. Bu həyat heç kimə heç nəyi hədiyyə olaraq vermir. Bütün uğrları vuruşaraq, didişərək qazana bilərsən. Hər şey asan olmadan əvvəl, çətin olur. Vaxt uçur dostum. Vaxtını boşuna xərcləmə. Bütün əziyyətlərə baxmayaraq, bircə saniyəni geri qazana bilməyəcəksən. Zamanının qədrini bil, internetdə çalişin nəyisə öyrənin faydali məlumat paylaşin, indi çoxu (Qiz Oglan) münasibətləri üçün dostlaşir boş boş yazişmaqlarla vaxtinizi boş hədər etməyin hansisa sual üzərində çalişin hansisa cavabi axtarin maraqli mənali məlumat paylaşin zamanimizin dəyərini bilin və vaxtinizi səmərəli keçirək, hər an nəyisə öyrənməyə və nəyisə öyrətməyə çalişin.(bey.az)
Yüklə txt | fb2
Baş Səhifə
Onlayn Tanisliq: 0 / 21BEY.AZ

BEY.AZ Sosial Şəbəkə Mesajlaşma

ILK-10
© Bey.az