BEY.AZHesab yarat
BEY.AZ - Milli sosial şəbəkə! 2006-2018
Reklam: Sayt.Biz Gundəlik Məsləhətlər




Yeni Hesab yarat

KitabXana | Sağlamliq

İnsanın sağlamlığı onun qan qrupu ilə bağlıdır

Yerleşdirdi:Admin (27.07.2017 / 10:07)
Reytinq:rating 152 article (1)
Oxunmuş:163
Fikirlər:0
İnsanın sağlamlığı onun qan qrupu ilə bağlıdır. Təəccüblü faktlar!

1901-ci ildə Vyana həkimi Landşteyner mühüm bir kəşf edib. Landşteyner insanların qanında olan fərqləri aşkar edib ki, nəticədə qan 4 qrupa bölünmüşdür. Bu vaxta kimi həkimlər qan köçürülməsi zamanı tez-tez resepiyentlərin (qan alan insan) ölümü ilə üzləşir və bunu heç cür izah edə bilmirdilər. Yalnız Landşteynerin kəşfi buna aydınlıq gətirib. Məsələ burasındadır ki, qan köçürülməsi zamanı yalnız uyğun olan qanı köçürtmək olar. Bu uyğunluq olmasa, donorun qanı resepiyentin qanında olan eritrositlərin bir biri ilə yapışmasına səbəb olacaq ki, bu da resepiyent üçün çox pis nəticələnəcək. Qan qrupların və daha sonra 1940-cı ildə rezus-faktorun kəşf edilməsi buna son qoydu. Beləliklə, 4 qan qrupu mövcuddur - I (0), II (A), III (B), IV (AB). I-ci qan qrupu olan insanların eritrositlərin membranlarında (qişalarında) xüsusi maddələr A və B aqqlyütinogenlər (zülallar və karbohidratlar birləşməsi) yoxdur. II (A) qan qrupu olanlarda A tip aqqlyütinogenlər, III (B) qan qrupu olanlarda B tip aqqlyütinogenlər, IV (AB) qan qrupu olanlarda hər ikisi var. Bu aqqlyütinogenlər yalnız qan hüceyrələrinə deyil, orqanizmin bütün hüceyrələrində olur və ya olmur (qrupdan asılıdır). Statistikaya əsasən, dünyada yaşayan əksər insanların qan qrupu I(0)-dir (50% yaxın). II-ci-qrup 2-ci, III-cü qrup 3-cü, IV-cü qrup 4-cü yer tutur. IV qrup ən nadir qrupdur (6% yaxındır). Tibdə insanın qan qrupunun onun sağlamlığına olan təsiri ilə bağlı çox maraqlı nəzəriyyə var. Belə ki, belə hesab olunur ki, I(0) qan qrupu olan insanlarda mədə-bağırsaq sistemi xəstəliklərinə (xüsusilə mədə və 12 barmaq bağırsağı xorasına) daha tez-tez təsadüf edilir. Bunun səbəbini həkimlər bu insanların selikli qişalarında (o cümlədən, mədə-bağırsaq sistemi selikli qişalarında) aqqlütinogenlərin olmaması ilə əlaqələndirir. Bu aqqlütinogenlər müdafiə funksiyasını yerinə yetirir. Aqqlütinogenlər olmadıqda müdafiə zəifləyir və nəticədə selikli qişalar (xüsusilə mədə-bağırsaq sisteminin selikli qişaları) mənfi təsirlərə qarşı daha davamsız olur ki, mədə-bağırsaq sistemində müxtəlif xəstəliklər - qastrit, xora xəstəlikləri, kolit - inkişaf edir. II(A) qan qrupuna aid olan insanlarda bu kimi xəstəliklərin inkişafı riski artmış olur: revmatik xəstəliklər, şəkərli diabet, qan xəstəlikləri, allergiyalar, ürəyin işemik xəstəliyi, qara ciyər xəstəlikləri, onkoloji xəstəliklər. III(B) qrupuna aid olan insanlar bəzi viris və mikrobların təsirinə qarşı daha davamsızdır. Bu səbəbdən onlarda nəfəsalma sistemi xəstəlikləri, infeksion xəstəliklər, sepsis, qadınlarda irinli mastit kimi xəstəliklərinə tez-tez təsadüf edilir. IV(AB) qrupuna aid olan insanlarda qan xəstəlikləri, infeksion xəstəliklər, dayaq-hərəki sistemi xəstəlikləri (sümük və oynaqlar xəstəlikləri) daha tez-tez inkişaf olur.
Yüklə txt | fb2
Sayt.Biz dən Profil Şəkilləri və yazili şəkillər yüklə
Baş Səhifə
Onlayn Tanisliq: 0 / 6BEY.AZ

Bey.Az Paylaşim Mesajlaşma

ILK-10
ŞƏKİL AXTAR
© Bey.Az