Sual Cavab Oyunu oyna YENİ
KitabXana | Şeir

Qelbimi..

Yerleşdirdi:Bal_qiz (13.08.2017 / 10:40)
Reytinq:rating 181 article (1)
Oxunmuş:50
Fikirlər:0
Meni mehv etmeye bir sözün yeter,
Vurmağa gerek yox, oxla qelbimi.
Qelbim etir saçan sevgi gülüdür,
Gecikme solmamış, qoxla qelbimi.

Öpüb qoy gözüne, bu bir ürekdir,
Suçsuz, günahsızdır, sanki melekdir,
Gel deyme xetrine yaman kövrekdir,
Körpe bir uşaq tek, saxla qelbimi.

Ne var ki, dünyada ölümden asan,
Variken sensizlik, ayrılıq, hicran,
Qoyma ki, darıxa sensiz birce an,
Her gece röyanda, yoxla qelbimi.
Yüklə txt | fb2
Baş Səhifə
Onlayn Tanisliq: 0 / 1BEY.AZ

Bey.Az Paylaşim Mesajlaşma

ILK-10
© Bey.az