Mp3 Axtar Yüklə (Reklamsiz)
KitabXana | Xəbərlər

Energetik İçkilər

Yerleşdirdi:Admin (20.06.2017 / 10:48)
Reytinq:rating 19 article (0)
Oxunmuş:48
Fikirlər:0
Havaların isindiyi bir vaxtda xüsusile serinleşdirici içkilere telebat artıb. Reklamlara inansaq ki, bu içkilerin içerisinde xüsusi bir növ serinleşdirmekle beraber, insanı hem de “qanadlandırır”.
“Red Bull” adı ile bazara çıxarılan içkinin enerji berpa etdiyi ve alkoqolsuz olduğu bildirilir. “Red Bull” hazırda “GmbH” şirketi terefinden istehsal olunaraq 140-dan çox ölkeye idxal edilir. “Red Bull” Tailandda istehsal olunan enerji içkisi vasitesi ile meydana gelib, sözün tay dilinden herfi tercümesi “Krating Daeng”dir.
“Red Bull Energy Drink”in esası ilk defe avstriyalı Ditrix Mateşiç ve Çaleo İovidya terefinden qoyulub. Onların her biri 500.000 dollar investisiya ayırmaqla yeni yaranmış şirketden 49 faiz menfeet elde edibler. Qalan 2 faiz menfeet ise Mateşiçin şirkete rehberlik etmesi şerti ile oğlu Çaleo Şaleme ötürülüb. Ve belelikle, mehsul ilk defe olaraq 1987-ci ilde qazlı içki görünüşünde bazara çıxarılıb. Sahibkarların senaye meqsedile istifade etmeye qerar verdiyi “Red Bull” hazırda energetik içki bazarının 70 faizini ehate edir.
“Red Bull”un terkibinde su, taurin, arginin, kofein, B qrupu vitaminleri, şeker, qlükoza, aspartam, natrium sitrat, heksoza maddeleri var. Bu içkinin bazara daxil olmasından sonra “Pitbull”, “Rox”, “Hell”, “Jaquar”, “Blue”, “Reo Line”, “Monster” kimi yeni eneregtik içkiler istehsal olunmağa başladı.
Energetik içkilerin terkibindeki qlükoza tez bir şekilde qanla temasa girir, oksidleşme prosesinde iştirak edir, ezeleleri, beyni ve diger heyati ehemiyyet daşıyan orqanları enerji ile temin edir. Artıq doza qanda tezyiqin qefilden qalxmasına ve ya qanda şekerin seviyyesinin artmasına sebeb ola biler. Ürek xestelikleri ve hipertoniyadan eziyyet çekenlere energetik içkiler meslehet görülmür. Mehz buna göre Fransa, Danimarka ve Norveçde energetik içkiler resmi şekilde qadağandır, adı çekilen ölkelerde bu mehsullar yalnız apteklerde satılır.
Mütexessislerin bildirdiyine göre, sutka erzinde iki şüşeden artıq energetik içki içmek olmaz. Hamile qadınlara, uşaqlara, yeniyetmelere, yaşlılara, hipertoniya, ürek xestelikleri ve yuxu pozğunluğundan eziyyet çekenlere istifade meslehet görülmür. Heç bir halda energetik içkini spirtli içki ile qarışdırmaq olmaz. Çünki kfein qan tezyiqini qaldırır, spirt ise hipotenziv tesiri güclendirir. Neticede, bu mehlul üreye menfi tesir gösterir.
“Su İstehsalçıları Birliyi”nin sedri Dövlet Memmedov Bey.Az-a deyib ki, energetik içkiler genclerimizi belaya sürükleyir:
“Energetik içkiler yeni narkotik növüdür”
“Energetik içkiler narkotikin bir növüdür. Bu içkide heç bir enerjiden söhbet getmir. İçkilerden istifade zamanı beyin-qan dövranı süretle işleyir, orqanizmde qan tezyiqi qalxır ve bedendeki enerji istifade olunmağa başlayır. 3-4 saat sonra insan hemin enerjini berpa etmek üçün mütleq ya yatmalı, ya da istirahet etmelidir. Energetik içkilerin terkibindeki maddelerin böyük ekseriyyeti insan orqanizmine zererlidir. Ebes deyil ki, Avropanın bezi ölkelerinde energetik içkilere qadağa da qoyulub. Bezi ölkelerde ise yalnız apteklerde satılır. Çindeki super marketlerin çoxunda bu içkiler tamamile yığışdırılıb. Energetik içkiden 2-3 banka arxa-arxaya içdikde insan sanki havalanır, göye qalxır. 3 banka energetik içki 1 litr arağa beraberdir”.
“Energetik içkiden xeyir gören olmayıb”
Mütexessisin sözlerine göre, içkiden istifade zamanı insanın fikirleri dağılır, özünü güclü hesab edir:
“Eger avtomobili 80km/süretle idare edirse, ona ele gelir ki, 20-30 km/süretle gedir. Eyni zamanda energetik içkiler sonsuzluq xesteliyi yarada biler. Rusiya metbuatında defelerle imtahanlardan evvel energetik içkilerin içilmesi tövsiye olunur. Guya bu, abituriyenti daha zekalı, daha süretli edir. Reallıq gösterir ki, bu içkilerden istifade eden gencler ya özlerini yüksek mertebeden atıblar, ya da başlarına hansısa felaketler gelib”.
“Bunu içen heyvanlaşır”
D.Memmedov bildirir ki, energetik içkilerin adları esasen heyvan adlarından götürülüb:
“Energetik içkilerin adına baxsaq, görerik ki, onların adı heyvan adıdır. “Hell” “Cehennem” demekdir. Hetta bankanın üzerinde de şeytanı eks etdiren şekil vurulub. Eger şeytanın şekli de vurulubsa, bunun reklamının aparılması, mağaza ve marketlerin şüşelerine vurulması ne demekdir?! Heyvan adı verilen içkiler o demekdir ki, bunu içen heyvani hal yaşayır. Bütün bunları Avropadan Azerbaycana genclerimizin beyinlerini xarab elemek üçün xüsusi insanlar yeridibler. Yeridibler ki, genclerimizin başı xarab olsun. Bu içkiye müraciet edenler esasen, 12, 14, 16 yaşlı uşaqlardır. Eslinde ise bu içki yaşı 18-den yuxarı olanlar üçün satılmalıdır. Yaşlı kişilere, hamile qadınların energetik içkiden istifade etmesi olmaz. Bu hem narkotike, hem de sonsuzluğa yol açır.
Hesab edirem ki, respublikamızda energetik içkilerin bu qeder geniş yayılmasının sebebi hekimlerdir. Çünki bizim hekimler ne yemek, ne içmek lazımdır kimi maariflendirici melumatlar vermirler. Eger biz genclerimizin sağlam olmasını arzulayır ve erzaq tehlükesizliyi haqqında proqramı fikirleşirikse, insan orqanizmi üçün zererli olan malların serbest satışına qadağa qoyulmalıdır".
Yüklə txt | fb2
Baş Səhifə
Onlayn Tanisliq: 0 / 22BEY.AZ

BEY.AZ Sosial Şəbəkə Mesajlaşma

ILK-10
© Bey.az