Video Axtar Yüklə
KitabXana | Məqalə

Dostluq..

Yerleşdirdi:Bal_qiz (14.08.2017 / 20:12)
Reytinq:rating 191 article (1)
Oxunmuş:82
Fikirlər:0
Dostluğun qırılmaz zencirle müqayise edilmesi tesadüfi deyildir. Heqiqeten de, semimi, möhkem dostluq hisslerini heç ne ile sarsıtmaq mümkün deyildir. İnsanlar arasında her xoş münasibeti dostluq adlandırmaq olmaz. Heqiqi dostluq illerin sınağından çıxır, berkde-boşda, heyatın enişli-yoxuşlu yollarında sınanılır. Esl dostluq insanlar arasında münasibetlerin uca zirvesidir. Eger sen dostluğu yüksek qiymetlendirirsense, gerek dostun sandığın şexsin yolunda her bir çetinliye dözmeyi bacarasan, sirlerini ondan gizletmeyesen, heç vaxt yalan danışmayasan. Nahaq demeyibler ki, dost-dosta ten gerek, ten olmasa, gen gerek. Dostu olmaq böyük xöşbextlikdir.Kimin çox dostu varsa, o, heyatda daha inamlı olur, üzleşdiyi problemleri asanlıqla def edir. Adeten, çoxlu dostu olan şexsi qollu-budaqlı ağaca benzedirler. Bu ağac tebietin şıltaqlıqlarına asanlıqla dözür, onun insanlara daha böyük faydası deyir. Men “Dostluq nedir?” sualı etrafında tez-tez düşünürem. Menim qenaetime göre dostluq-fedakarlıq demekdir. Asan günün dostluğu vaxtsız açan çiçeye benzeyir – onu şaxta, qar vurub soldurur. Çetinliklerde berkiyen dostluq ise uzunömürlü olur. “Uzaq Sahillerde” filmini yada salaq. Zennimce filmin qehremanları Mehdi ile Veselin arasında yaranan münasibetler “Dostluq Nedir?” sualının konkret cavabıdır. Onlar müharibenin odlu-alovlu yollarını birlikde keçmiş, aralarında esl dostluq münasibetleri yaranmışdır. Hamı kimi menim de çoxlu dostlarım var. Onların ekseriyyeti menimle eyni sinifde oxuyurlar. Bizim aramızda qarşılıqlı semimiyyet ve hörmet hökm sürür. Heç vaxt bir-birimizin xetrine deymirik. Biz, boş vaxtlarımızda bir yere yığışır, müxtelif meseleleri müzakire edirik. Eyni zamanda bir-birimize asanlıqla güzeşte getmeyi de bacarırıq. Biz adaten derslerimizi de bir yerde hazırlayırıq. Bu bize derslerimizden yüksek qiymet almağa böyük tesir gösterir. Müellimlerimiz de onların zehmetini itirmediyimize göre bizimle fexr edirler. Bele bir deyim var. “Her şeyin tezesi, dostun köhnesi”. Men de mekteb illerinde qazandığım dostlarımla fexr edir ve onları qorumağa çalışıram. Menim en şirin xatirelerim dostlarımla keçirdiyim anlarla bağlıdır. Men özlüyümde qeti şekilde müeyyenleşdirmişem: Heyatımda dostlarımı heç vaxt heç ne ile ve heç kimle evez etmek olmayacaq.
Yüklə txt | fb2
Sayt.Biz dən Profil Şəkilləri və yazili şəkillər yüklə
Baş Səhifə
Onlayn Tanisliq: 0 / 17BEY.AZ

Bey.Az Paylaşim Mesajlaşma

ILK-10
© Bey.az
Şeirlər, Statuslar, Yeni Şəkillər, Mətbəx , Qadin Dunyasi, Məlumatlar