Sual Cavab Oyunu oyna YENİ
KitabXana | Şeir

Tanrim nədəndir

Yerleşdirdi:Admin (24.06.2017 / 18:58)
Reytinq:rating 39 article (0)
Oxunmuş:32
Fikirlər:0
Sevib seni özüme yar bilmişem
Bu gün meni tanımırsan nedendir?
Sensizliye dözmemişem ölmüşem
Bu gün meni tanımırsan nedendir?

Sen deyildin meni her gün axtaran?
Sen deyilddin günde mene yalvaran?
İndi artıq olub menden de, haran?
Bu gün meni tanımırsan nedendir?

Sen meni soraraq torpaqdan, daşdan
Her gün axtarardın meni o başdan
Bes bu gün kim aldı ağlını başdan?
Bu gün meni tanımırsan nedendir?

Demirdinmi birce sene mexsusam
Men qarşinda el bağlı mehbusam
Sen yoxsansa inanma ki, men susam
Bu gün meni tanımırsan nedendir?

Demirdinmi qelbim senle oyandı
İnden bele qelbim uca qayandı
Seveceyem, ha yax meni, ha yandı
Bu gün meni tanımırsan nedendir?

Mene dedin, heyatımın xoş çağı
Men bir budaq sense yaşıl yarpağı
Ne oldu ki çekib mene sen dağı
Bu gün meni tanımırsan nedendir?

Dünen meni, mene qısqanan yarım
Baxışımla odlanıb yanan yarım
Meni sesib özünü danan yarım
Bu gün meni tanımırsan nedendir?

Ne olsun ki tebin yazır, yaradır
Yazdıqların ancaq böhtan, qaradır
Amma Vüsal, ele hemin Vüsaldır
Bu gün meni tanımırsan nedendir?
Yüklə txt | fb2
Baş Səhifə
Onlayn Tanisliq: 0 / 14BEY.AZ

Bey.Az Paylaşim Mesajlaşma

ILK-10
© Bey.az