Mp3 Axtar Yüklə (Reklamsiz)
Admin ilə əlaqə
KitabXana | Mənali Hekayələr

Son Peşmançiliq

Tags:sevgi eşq hekaye qemli | mənali hekayə | maraqli
Yerleşdirdi:Admin (09.05.2017 / 00:22)
Reytinq:rating 5 article (2)
Oxunmuş:147
Fikirlər:0
Bir kişi südəmər körpəsini evdə qoyur və onu itinə tapşırır ki, qorusun, özü də ov etmək üçün gedir. Evə qayıdan zaman görür ki, iti evin qarşısında əyləşib və hürür. Bütün pəncələri qana batıbdır. Kişi bu vəziyyəti görüb tüfəngini ona tərəf çevirir və iti vurur. Sürətlə evə tərəf qaçır ki, körpəsinin qalan hissələrini görə bilsin.
Evə daxil olan zaman qana batmış ölü bir canavar görür, körpə isə kənarda sağlam şəkildə uzanmış və gülürdü.
İndi təsəvvür edin ki, kişi nə qədər vicdan əzabı çəkir və az qalır ki, özündən getsin. Bu peşmançılıq ömrünün sonuna qədər onu tərk etməyəcəkdir.
Tarixdə o qədər insanlar olmuşdular ki, sui-zənnə görə qətllər törətmiş və günahsız insanların qanlarını tökmüşdülər.
O qədər insanlar olmuşdur ki, səhv nəticə çıxartdıqları üçün dostluqlarına son vermişdilər.
Ona görə də ey insan! Ancaq gözünlə baxma, ağlınla bax və həqiqətləri görməyə çalış!
Bir əməl görməzdən əvvəl qarşı tərəfin sözlərinə qulaq ver ki, yanlış qərarına görə ömrünün sonuna qədər peşman olmayasan.
Yüklə txt | fb2
Baş Səhifə
Onlayn Tanisliq: 0 / 34BEY.AZ

Bey.Az Paylaşim Mesajlaşma

ILK-10
© Bey.az