BEY.AZHesab yarat
BEY.AZ - Milli sosial şəbəkə! 2006-2018
Reklam: Sayt.Biz Gundəlik Məsləhətlər




Yeni Hesab yarat

KitabXana | Şeir

Mən onda aldanmişam

Yerleşdirdi:Admin (27.06.2017 / 14:51)
Reytinq:rating 68 article (1)
Oxunmuş:132
Fikirlər:0
O qədər mənliklərlə "mənəm - mənəm" deyəndə,
Vəfasıza könlümü düşünmədən verəndə,
Həqiqət aynasında mən özümü görəndə
Anladım ki,yatmışam-
Mən onda aldanmışam.

Müzakirə edirəm- ürək, xəyal- belə mən,
Keçmişim gələcəklə qarışaraq olub tən.
Sual verdim həyata: günahkar Sən yoxsa Mən?
Gör, necə uyumuşam-
Mən onda aldanmışam.


Saxtakara inanıb bölüb dərdi sərimi,
Riyakara dost deyib uzadanda əlimi.
Nadanla bir əyləşib acı həqiqətimi
Yeyib şəkər sanmışam-
Mən onda aldanmışam.

Zaman öz axarıyla aparıb yelə məni,
Yağdırıb yağmur kimi saçlarıma ağ dəni.
Məhbus oldum özümə canan sananda səni,
Ömürlük iş almışam-
Mən onda aldanmışam.

Doğrudan da dünyaya hər gələn baxıb gedir,
Kimi dünya malıyçün dondan -donlara girir.
Qismət, hələ ki həyat beləcə davam edir,
Kino bilib baxmışam-
Mən onda aldanmışam.



MÜƏLLİF:SEYMUR SÖNMƏZ
Yüklə txt | fb2
Sayt.Biz dən Profil Şəkilləri və yazili şəkillər yüklə
Baş Səhifə
Onlayn Tanisliq: 0 / 4BEY.AZ

Bey.Az Paylaşim Mesajlaşma

ILK-10
ŞƏKİL AXTAR
© Bey.Az