BEY.AZHesab yarat
BEY.AZ - Milli sosial şəbəkə! 2006-2018
Reklam: Sayt.Biz Gundəlik Məsləhətlər




Yeni Hesab yarat

KitabXana | Şeir

Mənimlə Gəlin

Yerleşdirdi:Admin (06.07.2017 / 20:14)
Reytinq:rating 93 article (0)
Oxunmuş:118
Fikirlər:0
(Özümüzü ağlamağa öyreşdirmeyek, döyüşmek lazımdır)
MENİMLE GELİN..

Namusu qeyreti esir düşenler,
Yaddaşı ölenler menimle gelin.
Vetenin qırağı,ortası olmaz,
Yerini bilenler menimle gelin.

Bu yolun cığırı,kolu bellidir,
Bu yolda yağış var,dolu bellidir,
Qirxagin,acizin yolu bellidir,
Öldüre bilenler menimle gelin.

İşgal Veten adlı söze yaraşmaz,
Eyriye eyilmek duze yaraşmaz,
Bu derdle ağlamaq bize yaraşmaz,
Ölüme gülenler menimle gelin.

Yadlar demesinler üreyimiz yox,
Gör neçe vaxt keçib emeyimiz yox,
Bizim bizden başqa kömeyimiz yox,
Qisas gözleyenler menimle gelin.

Görmesek gözumuz cuxura batar,
Bu gün oyanmasa ebedi yatar,
Menim bayrağımın ustunde qan var,
Torpağı sevenler menimle gelin.

Bir gün qaradadır, bir gun ağdadır,
Aranda gezdiyin belke dağdadır,
Tebrizin açarı Qarabağdadır,
Kişiler,erenler menimle gelin.

Iqbal Nehmet
Yüklə txt | fb2
Sayt.Biz dən Profil Şəkilləri və yazili şəkillər yüklə
Baş Səhifə
Onlayn Tanisliq: 1 / 1BEY.AZ

Bey.Az Paylaşim Mesajlaşma

ILK-10
© Bey.Az