Bakıda imkanlı uşaqlar analarını zibilliyə atdı
Bakıda 80-dən çox yaşı olan ahıl qadın kimsəsiz vəziyyətdə yaşayır.
BEY.AZ xəbər verir ki, bu barədə Baku TV-yə məlumat daxil olub. Məlumatla əlaqədar kanalın əməkdaşı qadının mənzilinə yollanıb.
Məlum olub ki, evini tərk etmək istəməyən tənha qadına qonşuları yardım edir.
Onların sözlərinə görə, qadının övladları xaricdə yaşayırlar: “Oğullarından biri ABŞ-də, digəri isə İsraildə yaşayır. Qızları analarını görməyə gəlirlər. Evinin sənədləri qızının adınadır.
Birinci həyat yoldaşından olan oğulluğu ona yemək-filan gətirir”.
Qeyd edək ki, Sosial Xidmətlər Agentliyi təcili tibbi yardım maşını vasitəsilə qadını müayinə olunması üçün xəstəxanaya yerləşdirib. O, müalicədən sonra sığınacağa yerləşdiriləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.