Türk lirəsi bu tarixdə ucuzlaşacaq
Türk lirəsi dollar qarşısında cüzi dəyər qazanıb.
BEY.AZ xəbər verir ki, bu, martın 31-də keçirilən bələdiyyə seçkilərinin təsiri ilə baş tutub. Belə ki, seçki günü bir dollar 32,4 lirəyə dəyişdirilirdisə, hazırda bu rəqəm 32 nisbətindədir. Martın 31-də 100 dollar almaq üçün 3240 lirə tələb olunurdusa, indi 100 dolların qiyməti 3200 lirədir.
Lakin bu prosesin müvəqqəti olacağı gözlənilir. İqtisadçılar düşünürlər ki, Ramazan bayramı ərəfəsində lirə yenidən ucuzlaşacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.