fbpx

“Qızların təhsil alması sağlam gələcəyin təməlini təşkil edir” – Ekspert


“Son dövrlərdə qız şagirdlərin, abituriyentlərin uğurlu nəticə əldə etmələri cəmiyyət tərəfindən də müsbət qarşılanır və bu təqdirəlayiq haldır. Bəzi bölgələrdə hələ də qızların təhsildən yayındırılması halları müşahidə edilsə də, ötən illərlə müqayisədə bu sahədə müsbət inkişaf görünür”.

Bu fikirləri BEY.AZ-a açıqlamasında təhsil üzrə ekspert Elçin Əfəndi deyib. O hesab edir ki, gələcəyin inkişafı baxımından qızların şəxsiyyət kimi yetişdirilməsi mühüm amillərdən biridir:

Yaş 2 olsa da, fəaliyyətiniz beşlikdir" - Elçin Əfəndi

“Bildiyiniz kimi, son dövrlər nüfuzlu xarici ali təhsil müəssisələrinə qəbul olan qız abituriyentlərin sayında da artımlar müşahidə edilir. Hazırda cəmiyyətin müxtəlif sferalarında təhsil alıb əmək fəaliyyətinə başlayan, dövlət, millət üçün kifayət qədər xeyirli işlər görən xanımlarımız çoxdur. Qadınların ictimai həyatdakı aktivliyi gənc qızların, yeniyetmələrin motivasiya olmasına şərait yaradır. Oğlanlardan fərqli olaraq qızlar daha çox diqqətlərini təhsil həyatlarına yönəldə bilirlər. Bu müqayisədə oğlanların dərsdən kənar fəaliyyətləri onların daha yaxşı hazırlaşmasına mane olur.

Mart ayının 3-ündə keçirilmiş buraxılış imtahanında gördük ki, qızların nəticələri daha uğurludur. İmtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Onlardan 13-ü məhz qız abituriyentlər idi”.

Təhsil almış hər bir qızın gələcəkdə övladlarının yetişməsində, onların cəmiyyətin formalaşmasında iştiraklarının önəmli rol oynadığını diqqətə çatdıran ekspert vurğulayıb ki, ilkin təməl biliklər, tərbiyə məsələsi ana vasitəsilə ötürülür:

“Ailədə ana nə qədər dünyagörüşlü, savadlı və digər parametrləri müsbət mənada yüksəkdirsə, bir o qədər layiqli vətəndaşların yetişməsi də mümkündür. Tarixən də bu məsələlər öz aktuallığını qoruyur. Bizim maarifçi mütəfəkkirlərimiz dəfələrlə vurğulayıblar ki, qız uşaqlarının təhsil alması vacibdir. Çünki qız uşaqlarının təhsil alması ümumi cəmiyyətin, dövlətin xeyrinədir.

Bu gün ölkəmizdə fəaliyyət göstərən 4400-dən çox təhsil müəssisəsi var. Həmin təhsil müəsisələrində 1 milyon 600 mindən çox şagird təhsil alır. Onların da hardasa 48-50 faizə yaxını məhz qız şagirdlərdir. Təəssüflər olsun ki, yuxarı siniflərə doğru qalxdıqca, bəzi bölgələrdə qızların təhsildən yayındırma hallarının şahidi oluruq. 9-11-inci sinifi bitirəndən sonra onların növbəti təhsil pilləsi üzrə təhsillərini davam etdirmələrinə valideynləri tərəfindən maneələr olur. Biz çalışmalıyıq ki, həmion valideynlər qız övladlarının təhsilinə mane olmasınlar, əksinə, onların təhsilinə, inkişafına dəstək olsunlar”.

Gülbəniz Hüseynli / BEY.AZ




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin