fbpx

Küləkli hava ilə bağlı əhaliyə çağırış edildi


“Bu gün ölkə ərazisində güclü küləklə müşayiət olunan hava şəraiti hökm sürəcək”.

BEY.AZ xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

Onun sözlərinə görə, Bakıda və Abşeronda küləyin sürətinin arabir 30-35 m/s-yə çatacağı gözlənilir:

“Ölkənin bir çox bölgələrini əhatə edən küləkli hava şəraiti ehtiyatlı və tədbirli davranmağımıza əsas yaradır. Tövsiyəmiz odur ki, ehtiyat tədbirlərini unutmayaq. Əsasən də kiçik yaşlı uşaqların nəzarətsiz buraxılması məsləhət deyil.

Həmçinin tikinti işləri gedən obyektlərin, yüngül konstruksiyaların, reklam lövhələrinin, hündür ağacların, elektrik dirəkləri və naqillərin altında dayanmaq təhlükəlidir. Nəqliyyat vasitələrinin də təhlükəsiz yerlərdə saxlanmasına diqqət etmək gərəkdir”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin