fbpx

Bu il AÇG-dən əldə edilən gəlir açıqlandı

Rüya Yorumları burda

Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 1 milyard 447,8 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

BEY.AZ xəbər verir ki, bu barədə Fonddan məlumat verilib.

Bildirilir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 596,2 milyon ABŞ dolları və yaxud 29,2 % azdır.

Xatırladaq ki, ötən ilin yanvar-mart aylarında ARDNF AÇG-dən 2 milyard 044 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu