Bakıda ədəbsiz çəkiliş aparan şəxslər ələ keçdi
Bakıda kişinin intim videosunu gizli çəkərək onu şantaj edən dörd nəfər tutulub.
BEY.AZ-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, X.Qulamov (şərti ad) adlı vətəndaş tanımadığı şəxslər tərəfindən hədələnib.
Bundan sonra o , Xəzər RPİ-yə müraciət edib. O bildirib ki, bir müddət əvvəl paytaxt ərazisində qadınla tanış olub və həmin qadınla intim münasibətdə olan zaman videoları lentə alınıb.
Sonradan bir qrup şəxs tərəfindən həmin videolarla şantaj edildiyini deyən şikayətçi onlara görüntülərin yayılmaması müqabilində 3 000 manat pul verdiyini bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri ilə Bakı və Sumqayıt şəhər sakinləri, 40 yaşlı Fəyaz Səlimov, 38 yaşlı Əli Məmmədov və dəstənin daha iki qadın üzvü saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.