Xidməti pasport almaq hüququ ilə bağlı dəyişiklik edildi
Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısına dəyişiklik edilib.
BEY.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.
Fərmanla xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “rəisinin müşaviri (köməkçisi), baş idarə, idarə (departament, şöbə, bölmə) rəhbərləri və onların müavinləri” sözləri “aparatının rəhbəri və onun müavini, Xidmətin aparatında baş idarə, idarə (şöbə, bölmə) rəhbərləri və onların müavinləri, Xidmət rəisinin müşaviri və köməkçisi” sözləri ilə əvəz edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.