fbpx

Diabet xəstələri bu qidadan uzaq dursunlar

Rüya Yorumları burda

Bəzən diyetik və diabetik məhsullar qarışdırılır. Buna ən gözəl nümunə hər iki halda şəkər əvəzedicilərindən istifadə edilməsidir. Adətən diabet xəstəliyindən əziyyət çəkənlərin qida rasionundakı məhsullar qida əvəzediciləri ilə zəngin olur. Mağazalarda müxtəlif formalarda qablaşdırılmış şəkər əlavələri satılır. Həkimlər deyirlər ki, həmin şəkər əlavələri adi şəkərdən 20-40 dəfə çox dadlandırıcı təsirə malikdir.

Marketlərdə saysız-hesabsız şəkər əlavələri satılır. Həkimlərin dediyinə görə, onların tərkibini oxuyub almaq lazımdır. Lakin həmin məhsullardan normadan artıq istifadə edildikdə orqanizmdə miqren, başağrıları, depressiya, allergik reaksiyalardan ürək-qan-damar sistemi xəstəliklərinə qədər ciddi problemlər yarana bilər.

BEY.AZ xəbər verir ki, bu fikirləri həkim-endokrinoloq Əli Zərbəliyev deyib.

O qeyd edib ki, şəkər əlavələri bir neçə cür olur. Ən əsas şəkər əvəzedicisi və ya əlavəsi həm kubik, həm də toz şəklində satılan fruktozadır. Fruktoza daxilə qəbul edildikdə qanda qlükozanın miqdarını qaldırmır, yəni, şəkərli diabet xəstəsi onu rahat şəkildə qəbul edə bilər. Lakin aldanmaq lazım deyil, çünki fruktoza qaraciyərdə metobolizmə uğrayıb yenə də qlükozaya çevrilir. İkinci şəkər əvəzedicisi sorbitoldur. Sorbitol şirin olsa da, kimyəvi quruluşu qlükozaya bənzəmədiyinə görə onun miqdarını qaldırmır. Digər bir şəkər əvəzedicisi isə aspartamdır və o da qida əlavəsi kimi istifadə olunur.

Rüya tabirlerini burdan oku

Mütəxəssislərin qənaətinə əsasən piylənməsi və şəkərli diabeti olanlar kalori vermədiyinə və şəkərin miqdarını yüksəltmədiyinə görə süni şəkər əvəzedicilərindən daha çox istifadə edirlər. Diyetoloqlar isə arıqlamaq üçün müraciət edənlərə qətiyyən şəkər əlavəsi məsləhət görmədiklərini deyirlər.

Diyetoloq Ceyhunə Yusifova deyib: “Ağıza şirin dad hissi gəldikdə qida borusunda şəkərə tələbat yaranır. Qida olmadığına və kalori sıfra bərabər olduğuna görə ağıza qida atdıqda 24 saat ərzində bədən daha çox qida tələb edir, aclıq hissi yüksək olur. Ona görə də nə birinci, nə də ikinci qrup şəkərli diabet xəstələrinə süni şəkər qəbulu məsləhət görülmür. Onlara aqava, bal kimi təbii şəkərlərdən istifadə etmək məsləhətdir, çünki onların şirinliyi süni şəkərlərdən daha çoxdur və az miqdarda kalori almağa bəs edir”.

Diyetoloqun sözlərinə görə, şəkər əlavələrinin dadlandırıcı təsiri adi şəkərlərdən yüksək olduğundan insanları daha çox kalorili qida almağa sövq edir, onlarda iştahanı artırır və bu da piylənməyə aparıb çıxarır. Bəzi şəkər əvəzediciləri isə soyuqdəymə, xüsusilə hərarət yüksək olduğu zaman qəbul edildikdə orqanizm üçün çox ciddi maddələrə çevrilə bilər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu