Kofe içmək bu xəstəliklərə çarə imiş
Günümüzdə kofe bir çox insan üçün ən sevimli gündəlik içkidir. Bəs, kofenin insan orqanizmə nə kimi faydaları mövcuddur?
BEY.AZ xarici mediaya istinadən kofe içməyin faydalarını təqdim edir:
Daha uzun ömür – qadınlarda yüksək ölüm riski olan infarkt, iflic, diabet və böyrək xəstəliklərində tez-tez kofe içən qadınların ölüm riski digərlərinə görə daha azdır.
Araşdırmalara görə, kofe sayəsində orqanizm qlikozanı (şəkər) daha yaxşı həzm edir. Odur ki, kofe içən insanların şəkərə tutulma ehtimalı digərlərindən daha azdır.
Gündə 1-2 fincan içilən kofe ürək çatışmazlığı riskini azaldır.
Parkinson xəstəliyinin qarşısını alan kofe, eyni zamanda bu xəstəliyə tutulmuş şəxslərin vücud hərəkətlərinə nəzarət etməsinə yardım edir.
Araşdırmalara görə, kofenin qaraciyər üzərində qoruyucu təsiri mövcuddur.
Kofe içmək bağırsaq xərçənginə, alzeymer xəstəliyinə tutulma riskini azaldır, eyni zamanda iflicin qarşısını alır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.