İran Ermənistanı sürətlə silahlandırır – Tərəflərin hədəfi nədir?
“Ermənistanın Tehran tərəfindən silahlandırılmasının intensivləşməsi göz qabağındadır və bu nə Tehran, nə də İrəvan tərəfindən təkzib olunmur. Bu istiqamətdə məlumatların çoxalması silah transferinin artmasını sübut edir. Ermənistanın İrandan getdikcə daha çox silah alması ilk növbədə İrəvanın Fransadan silah tədarükündə istədiyi nəticəni əldə edə bilməməsi ilə əlaqədardır”.
Bu sözləri BEY.AZ-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. Onun sözlərinə görə, geniş ölçüdə reklam olunmasına baxmayaraq. Fransa silahları Ermənistanın bu sahədə tələbatını ödəyə bilmir:
“İrandan silah almaq Avropa və ABŞ qarşısında Ermənistan üçün nə qədər çətin olsa da, İrəvan bu addımı atır. Bununla İrəvan Brüssel və Vaşinqtondakı müttəfiqlərinin nəzərinə çatdırmaq istəyir ki, təqdim etdikləri yardım onun ürəyincə deyil. Bu alveri Avropa və Amerika diqqətə almaz, İrəvanın silah tədarükü ilə bağlı Rusiyaya da müraciət edəcəyi istisna deyil”.
Politoloq həmçinin qeyd edib ki, İranın yüksək səviyyəli rəsmilərinin İsrailin hücumları qarşısında Azərbaycanı cəzalandırma istiqamətində bəyanatları birinci dəfə deyil:
“Hətta elə İrandan olan bəzi mənbələrin məlumatlarına görə SEPAH bir il bundan əvvəl Tehranda bizim səfirliyə qarşı törədilən terror aktını məhz İsraildən qisas almaq, Azərbaycan-İsrail münasibətlərinin inkişafına mane olmaq məqsədi ilə törədilib.
Amma İran Azərbaycan münasibətlərinin tamamilə kəsilməsi gündəlikdə olmayan məsələdir. İran səfirliyi müvəqqəti olaraq Azərbaycanda fəaliyyətini dayandıra, yaxud Azərbaycan bunu ondan tələb edə bilər. Amma bu halda belə ikitərəfli münasibətləri dayandırmaq mümkün deyil”.
Seyranə Quliyeva / BEY.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.