DİN Neftçalada əməliyyat keçirdi: 7 nəfər saxlanıldı
![](https://i0.wp.com/bey.az/wp-content/uploads/2024/04/1497181.jpg?fit=1200%2C800&ssl=1)
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 20 gün ərzində keçirilən tədbirlərlə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 7 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BEY.AZ-a verilən məlumata görə, həmin şəxslərdən 8 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə – heroin, tiryək, metamfetamin və marixuana götürülüb.
Bundan əlavə, rayon ərazisində aksiz markasız tütün məmulatlarının satışı ilə məşğul olan iki nəfər də müəyyən edilib.
Həmçinin, qeyd edilən müddət ərzində aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən 1-i yivli olmaqla 14 odlu silah aşkar olunub.Faktlarla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.