Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət etdi
Maliyyə Nazirliyi məcburi audit subyekti olan kommersiya qurumlarına müraciət edib.
BEY.AZ-ın məlumatına görə, müraciətdə deyilir:
“Auditor xidməti haqqında” Qanuna əsasən audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür.
Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) hamının tanış olması üçün hər il dərc etməyə borcludur. Qapalı səhmdar cəmiyyəti bu qanunun 99-cu maddəsində göstərilən sənədləri hamının tanış olması üçün dərc etməyə borcludur”.
Bundan başqa, illik hesabatının və maliyyə hesabatlarının (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil auditoru cəlb etməyə borcludur.
“Auditor xidməti haqqında” Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə inzibati məsuliyyət müəyyən edilib.
Xatırladaq ki, maliyyə hesabatlarının dərc edilməsi üçün son tarix mayın 31-dir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.