fbpx

Rəsmi Bakı Kreml ilə balanslı siyasət yeridir


“Azərbaycan və Rusiya arasında münasibətlər kifayət qədər yaxşı səviyyədədir. Müəyyən narazılıqlar, qarşılıqlı gərginliklər olsa da, bütün hallarda Azərbaycan və Rusiya münasibətləri tarixində heç vaxt tam olaraq pisləşməyib”.

Bu fikirləri BEY.AZ-a politoloq Turan Rzayev deyib. O hesab edir ki, münasibətlərin hazırkı etapı da rəsmi Bakının balans siyasəti ilə bağlıdır:

“Azərbaycan bu günə qədər Rusiyanın Ukrayna müharibəsindəki işğalçı fəaliyyətini dəstəkləməyib. Eyni zamanda Rusiyaya qarşı sanksiyalara da qoşulmayıbdır. Bu, ölkəmizin balans siyasətinin nə dərəcədə doğru və real olduğunu göstərir.

Qeyd edim ki, rus sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsi və Qazaxın dörd kəndinin bir gülə belə atılmadan qaytarılması kimi məsələlər də olduqca önəmli bir faktordur. Bu gün iki ölkə arasında həm diplomatik, həm də hərbi sahədə əməkdaşlıqlar mövcuddur. Azərbaycan və Rusiyanı bağlayan tarixi bağlar var. Bunu biz cənab Prezidentin səfərində xüsusilə gördük”.

Politoloq xatırladıb ki, Ermənistanın apardığı anti-Rusiya siyasəti fonunda Azərbaycan daha etibarlı tərəfdaşlıq göstərərək, arxadan heç vaxt zərbə vurmayıb:

“Rusiya ilə münasibətlərimizin pis olduğu zamanlar belə, biz onlara qarşı bənzər şəkildə addımlar atmamışıq. Buna görə də bu gün Rusiya ilə əməkdaşlıq münasibətlərimiz yüksək səviyyədədir.

Bizim qonşularımızla heç vaxt problemimiz olmayıb. Qonşularımızdan da yanlış hərəkət görmədiyimiz təqdirdə, münasibətlərimiz hər zaman yüksək səviyyədə inkişaf edəcək. Bu sadalananlara Rusiya dövləti xüsusilə aiddir”.

Gülbəniz Hüseynli / BEY.AZ




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin