Bakıda özəl klinikada faciə – 13 yaşlı uşaq öldü
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə ölüb.
BEY.AZ lent.az-a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb.
O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun “Kəpəz” hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra vəfat etdiyini bildirib.
Daxil olan şikayət əsasında araşdırmalara başlanıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.