Azərbaycanda bacı həbsdəki qardaşına narkotik keçirmək istədi
Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.
BEY.AZ xəbər verir ki, bu barədə Penitensiar xidmətdən məlumat verilib. Bildirilib ki, məhkum Namiq Sədrəddin oğlu Cavadova bacısı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı antiperspirant qabının içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 1,738 qram heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.