fbpx

Azərbaycanda investisiya şirkətinin vəzifəli şəxsi cərimələndi


Mərkəzi Bank tərəfindən aparılmış yoxlamalar nəticəsində “ABB-İnvest İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi cərimə edilib.

BEY.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılmış kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddəsinə müvafiq olaraq “ABB-İnvest İnvestisiya Şirkəti” ASC-nin vəzifəli şəxsi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 2 min manat məbləğində cərimə edilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin