Ceyhun Bayramov qambiyalı həmkarı ilə görüşdü
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya səfəri çərçivəsində bu ölkədən olan həmkarı ilə görüşüb.
BEY.AZ xəbər verir ki, nazir bu barədə “X”dəki hesabında yazıb.
“Qambiyaya səfərim çərçivəsində həmkarım Mamadu Tanqara ilə dərin məzmunlu görüş keçirdim. Biz ikitərəfli əməkdaşlığımız, o cümlədən BMT, Qoşulmama Hərəkatı və İƏT kimi çoxtərəfli platformalarda Azərbaycan və Qambiya arasında qarşılıqlı dəstək haqqında geniş danışdıq”, – nazir qeyd edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.