Xarkov atəşə tutuldu – 15 yaralı var
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərinin Şevçenko rayonunu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb.
BEY.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Xarkov vilayət prokurorluğu məlumat yayıb.
Bildirilib ki, olayda 20 yaşayış binasına ziyan dəyib. Rusiya Silahlı Qüvvələri yaşayış məntəqəsinə UNPS D30-SN (unifikasiya edilmiş növlərarası planlı sursatı, 30 sm çaplı) ilə hücum edib. Ərazidə ümumilikdə üç zərbə qeydə alınıb.
Xatırladaq ki, hadisə mayın 5-i günorta baş verib. Daha əvvəl 10 nəfərin yaralandığı açıqlanmışdı.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.