fbpx

TƏBİB Biləsuvardakı qəza ilə bağlı açıqlama yaydı


Bu gün saat 09:00 radələrində Biləsuvar rayonunun Ağayrı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (kişi cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

BEY.AZ xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Məlumata görə, onlardan 1996-cı il təvəllüdlü şəxsə alt çənənin sıyrılmış yarası, 1988-ci il təvəllüdlü şəxsə hipotenziya, qarının küt travması, dəqiqləşməmiş qarın boşluğu orqanının travması, 1969-cu il təvəllüdlü şəxsə sol dizin cırılmış yarası, başın, sol alın və gicgah nahiyəsinin cırılmış yaraları, 1961-ci il təvəllüdlü şəxsə sağ dirsək nahiyəsinin və sol dizin küt travması diaqnozları təyin edilib.

Xəsarət alan şəxslərdən 1 nəfərin vəziyyəti ağır, 3 nəfərin vəziyyəti isə stabil olaraq qiymətləndirilir. Bir nəfər (kişi cinsli) şəxsin həkiməqədər ölüm halı qeydə alınıb.

11:11

Biləsuvar rayonunda baş verən yol qəzasında yaralananların sayı 4-ə çatıb.

“Report”un Muğan bürosunun məlumatına görə, hazırda yaralılara rayon mərkəzi xəstəxanasında tibbi yardım göstərilir.

Qəza nəticəsində Biləsuvar rayon sakini, 1965-ci il təvəllüdlü Xaləddin Səmədov ölüb.

Bundan başqa, rayon sakinləri, 1996-ci il təvəllüdlü İlham İlham oğlu Gözəlbəyli, 1988-ci il təvəllüdlü Şahin Mehman oğlu Talıbov, 1969-cu il təvəllüdlü Azər Xanlar oğlu Həsənov və 1961-ci il təvəllüdlü Zülfüqar Bəyan oğlu Nuruyev yaralanıb.

Ölən və yaralıların yol istismar idarəsinin əməkdaşları olduğu bildirilir.

10:18

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

BEY.AZ xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə yolunun Ağayrı kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisə zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılar rayon xəstəxanasına çatdırılıblar. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin