Sosial şəbəkələrdə soyunan müəssisə direktoru saxlanıldı –
Sosial şəbəkələrdə qeyri-etik görüntülər yayan “Qayğı-1” kiçik müəssisəsinin direktoru Fəxrəddin Əskərov saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən BEY.AZ-a verilən məlumata görə, əvvəllər məhkum olunmuş, 1954-cü il təvəllüdlü, “Qayğı-1” kiçik müəssisəsinin direktoru F. Əskərov Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının müraciəti əsasında polisə dəvət edilib. Məlum olub ki, Əskərov Fəxrəddin Sultan oğlu sosial şəbəkələrdə qeyri-etik görüntülər yaymaqla vəzifəli şəxsləri qanunsuz tikinti cəhdinin qarşısını aldıqlarına görə təhqir edib.
Polis əməkdaşları tərəfindən saxlanılan Əskərov barəsində toplanmış materiallar məhkəməyə göndərilib.
Qeyd edək ki, F.Əskərov sosial şəbəkədə özünün çılpaq videosunu yayaraq orada qeyri-etik ifadələrlə işçilərini təhqir və təhdid edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.