Azərbaycan atleti dünya çempionu oldu
Azərbaycan paraatleti Lamiyə Vəliyeva Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında birinci olub.
BEY.AZ xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsindən bildirilib. Məlumata görə, o, T13 kateqoriyasında 100 metr məsafəyə qaçış üzrə finişə 11.94 saniyəyə çataraq dünya çempionu olub.
Qeyd edək ki, bu, 22 yaşlı idmançının ümumilikdə üçüncü dünya çempionluğudur. Lamiyə Vəliyeva ötən il Fransanın paytaxtı Parisdə təşkil edilmiş dünya çempionatında da 100 və 400 metr məsafəyə qaçış üzrə qızıl medal qazanıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.