fbpx

Körpəyə bu yaşa qədər ana südü verilməlidir

Rüya Yorumları burda


Alimlər təsdiq ediblər ki, ana 2 il körpəsinə süd verməlidir. 6 ay körpəyə yalnız ana südü verlməlidir. Yalnız 6 aydan sonra ana südü ilə yanaşı, südü kəsməmək şərti ilə əlavə qidalar da verilə bilər.

BEY.AZ xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova açıqlayıb.

Onun sözlərinə görə, doğuşdan sonra yaranan ilk ana südü “kolostrum” və ya “ağız südü” adlanır.

“Doğuşdan sonra yaranan ilk süd körpələrin ilk günlərində həzm sistemini təmizləmə təsirinə malikdir. Bu da sarılıq kimi ağırlaşmaların riskini azaltmağa, həmçinin körpələri infeksiya və xəstəliklərdən qorumağa kömək edir. Doğuşdan sonrakı ilk verilən süd qidalandırıcı və immuniteti gücləndirən xüsusiyyətləri ilə yanaşı, analar və körpələr arasında güclü bir əlaqə qurmağa da kömək edir.

Bu səbəbdən ilk 6 ay uşaq yalnız ana südü almalıdır, 2 yaşına qədər isə ana südü almağı məsləhətdir. Onu da qeyd etmək istəyirəm ki, uzunmüddətli südvermənin uşağa psixloji olaraq heç bir neqativ təsiri yoxdur”.



Rüya tabirlerini burdan oku




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu