fbpx

Koronavirus yenidən yayıla bilər? – Adil Qeybulla DANIŞDI



Rusiyada koronavirusun yeni növü yayılıb. “FLİRT” adlanan növə yoluxanların sayı 178 nəfərdir. Bəs Azərbaycanda koronavirusun yenidən yayılma ehtimalı varmı?

Mövzu ilə bağlı BEY.AZ-a danışan professor Adil Qeybulla bildirib ki, koronavirus pandemiyası bitsə də, epidemik ocaqlar davam edir:

“Bu onunla bağlıdır ki, vaksinasiya nəticəsində infeksiya zənciri qırılsa da, vaksindən xeyli yayınanlar oldu. Hazırda mikroştamm mutasiya variantlarının yayılması daha çox vaksin olunmayan şəxslər arasında baş verir”.

Adil Qeybulla qeyd edib ki, Azərbaycanda xeyli insanlar sənəd aldılar, lakin vaksinasiyadan yayındılar:

“Bu da indi həm dövlətə baha başa gəlir, həm də öz acı nəticələrini göstərir. Ona görə də, bu proses bir müddət davam edəcək. Ayr-ayrı ştammlar çox təhlükəli olmasa da, hər halda koronavirus infeksiyasının davamıdır. Burada da ölüm halları, ağırlaşmalar mümkündür. Necə ki, Azərbaycanda indiyə qədər infeksiayaya yoluxma və ölüm halları qeydə alınır”.

Adil Qeybulla onu da vurğulayıb ki, hələdə karantin qaydalarına əməl etməliyik:

“Xəstə şəxslər dərhal həkimə müraciət etməlidirlər. Həmçinin vaksinasiya da davam etdirilməlidir”.

Seyranə Quliyeva / BEY.AZ






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin