fbpx

Şadlıq saraylarında qiymətlər bu qədər bahalaşdı

Rüya Yorumları burda


2024-cü ilin aprel ayında şadlıq saraylarında sifarişlərin sayı 11.2 faiz artıb.

BEY.AZ bildirir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Qeyd edilib ki, bu, Ramazan ayının başa çatmasından sonra tələbin yüksəlməsi ilə bağlıdır. Tələbin artması qiymətlərə də təsir göstərib.

Belə ki, şadlıq saraylarında aprel ayında qiymətlər 6.7 faiz artıb. Xüsusən 40 manatadək olan menyularda qiyməti daha çox artıb: 8.2 faiz. Qiyməti 40-80 faiz olan menyuların qiyməti 6.3 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 5.4 faiz artım qeydə alınıb.

Qeyd edək ki, 2024-cü ilin aprel ayında istehlak qiymətləri indeksi 2023-cü ilin aprel ayına nisbətən 100 faiz, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,2 faiz, qeyri-qida məhsulları üzrə 100,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,0 faiz təşkil edib. 2024-cü ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,7 faiz olub.



Rüya tabirlerini burdan oku




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu