fbpx

30 il əvvəl şəhid olan Soltanov Səbuhinin qalıqları dəfn edildi

Rüya Yorumları burda


Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Soltanov Səbuhi Sabir oğlunun meyitinin qalıqları 30 il sonra Göyçay şəhərinə gətirilib. O, Gəncə şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.

BEY.AZ bildirir ki, şəhidin nəşi Göyçayda ailəsinə təhvil verilib və Göyçay Şəhidlər Xiyabanında vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.

Qeyd edək ki, Soltanov Səbuhi Sabir oğlu 1994-cü ildə Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.






Rüya tabirlerini burdan oku
MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu