Qvardiolaya 10 illik müqavilə təklif edildi
İngiltərənin “Mançester Siti” klubunun rəhbərliyi baş məşqçisi Xosep Qvardiolaya on il müddətinə yaxşı maddi şərtləri olan yeni müqavilə təklif etmək niyyətindədir.
BEY.AZ xəbər verir ki, bu haqda “Daily Mail” məlumat yayıb. Bildirilib ki, “Siti”nin bossları Qvardiolaya təzyiq etməyəcək və onun hər hansı qərarını qəbul edəcəklər.
Qeyd edək ki, “Mançester Siti” bir neçə gün öncə İngiltərə Premyer Liqasının çempionu olub.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |