Oğlum o şərhi görəndə pis oldu
“Elə verilişlər var ki, ora getməyəndə, sevinirsən, deyirsən, nə yaxşı getmədim.Orada aparıcılar bizə lazım olmayan suallar verirlər. Sonra da bizim cavablarımızı düzüb-qoşurlar. İnsanların nəzərində illərdir ki, topladığım statusu salırlar aşağı. Bizim çıxışlarımızı sosial şəbəkədə paylaşırlar, insanlar da xoş olmayan şərhlər yazırlar. Sonra da deyirlər ki, yazılan o şərhlərə fikir verməyin. Elə deyil. Yazılan o şərhlər bu gün bizim alqışımızdır. İnsanlarda bizə qarşı aqressiya yaradırlar”.
BEY.AZ axsam.az-a istinadən xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva “Səhər görüşləri” verilişinə deyib. Sənətçi yazılan tənqidlərdən danışıb:
“Oğlum Hüseynin yeniyetmə vaxtlarıdır. Ona hər şey təsir edir. Bu yaxınlarda ailəm haqqında mənə sual verdilər. Ərimə zəng vurub aramızdakı münasibətlərin yaxşı olduğunu nümayiş etdirdim. Yəni bu insan həyatımda var və oğlum Hüseynin atasıdır. Həmin görüntülər sosial şəbəkədə paylaşıldı və haqqımızda çox sayda xoş olmayan şərhlər yazıldı. Oğlum orada o şərhi görəndə pis olub. Nənəsinin instaqram səhifəsi ilə daxil olaraq həmin qadına cavab yazıb. Anam iş xanımıdır. Səhifəsində anamın nömrəsi də var. Həmin qadın zəng vurub anamın nömrəsinə ki, bəs bizi bu səhifədən söyüblər. Oğlum qorxudan dovşan kimi başlayıb əsməyə. Uşaqdır da, əsəbiləşib və söyüş yazıb.
Oğlum əsə-əsə deyir ki, ana məni indi gəlib aparacaqlar. Nömrəni alıb, zəng etmişəm həmin qadına. Deyir ki, mənə siz maraqlı deyilsiniz. Cavab olaraq söylədim ki, əgər sənə mən maraqlı deyiləmsə, bəs nəyə görə haqqımda xoş olmayan, neqativ dolu şərh yazırsan. Ona elə başa saldım ki, o, məndən üzr istədi”.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |