Tozlu hava bu şəxslər üçün zərərlidir
“Tozlu hava son 2 gündə əsən cənub-şərq və şərq küləkləri nəticəsində ərazimizə (səhra zonalarından atmosferin yuxarı qatlarına qaldırılmış, inversiya nəticəsinə yer səthinə enməsi ilə əlaqədar) daxil olmuşdur”.
Bunu son günlər müşahidə olunan tozlu hava ilə bağlı BEY.AZ-a danışan ekoloq Mirzəxan Mənsimov deyib. O bildirib ki, belə hava şəraiti nəfəs yolları, ağ ciyər xəstəliklərindən əziyyət çəkən insanlar üçün çox zərərlidir:
“Açıq havada az olmalı, küçədə olarkən tibbi maskadan istifadə olunması tövsiyyə edilir. Qısamüddətli proses olduğu üçün sağlam insanlar üçün heç bir təhlükəsi yoxdur. Bugünkü proqnoza görə səhərdən əsməyə başlamış şimal-qərb küləyi havanı təmizləyəcək”.
Seyranə Quliyeva / BEY.AZ
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |