fbpx

Müharibədən buna görə sağ çıxa bildik



2020-ci ilin 44 günlük müharibəsindən sonra Ermənistan Respublikası məhz bizə reallığı dərk etməyə və reallığa təsirə imkan verən yeni düşüncə tərzlərinə görə ayaqda qaldı.

BEY.AZ Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan müstəqillik günü ilə bağlı yaydığı müraciətində bildirib.

“Bu yeni düşüncə tərzi və baxış bucaqları göstərir ki, daim dəyişən dünyada daim dəyişmək və inkişaf etmək, çağırışlara və məqsədlərə uyğun qərarlar qəbul etmək bacarığı dövlətin daimiliyinin təmin olunmasının düsturu, həyat qabiliyyətinin açarıdır”, – o bildirib.

Paşinyan vurğulayıb ki, azadlıq kifayət deyil, ədalət lazımdır, təhlükəsizlik kifayət deyil, sülh lazımdır, firavanlıq kifayət deyil, xoşbəxtlik lazımdır, canlılıq kifayət deyil, həyat lazımdır:

“Biz məhz bu yolla gedirik. Bir çox insan yavaş hərəkət etdiyimizi düşünür. Əslində sürət yavaşdır, lakin fasiləsizdir. Biz fasiləsiz irəliləyirik və üfüqdə istədiyimiz hədəfi görürük”, – o bildirib.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin