fbpx

Bu tarixdə ət bahalaşacaq – AÇIQLAMA



“Qurban bayramı elə vaxta düşür ki, həmin dövrdə kənd təsərrüfatı məhsulları bol olur. Təxminən 2 həftədən sonra, ətdən başqa bütün kənd təsərrüfatı məhsulları ucuzlaşacaq”.

Bu sözləri BEY.AZ-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli deyib. O bildirib ki, yalnız ət 1-2 manat bahalaşacaq:

“Qurban bayramı ilə əlaqədar ətə təlabat artacaq. Topdan satış bazarlarında qiymətlər yüksələcək. Bu, ətin pərakəndə satış qiymətinə də müəyyən qədər təsir göstərəcək. Amma bayramdan sonra ətin qiyməti yenidən həmin məcraya qayıdacaq. Ətdən başqa məhsulun bahalaşacağı gözlənilmir”.

Seyranə Quliyeva / BEY.AZ






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin