fbpx

Gürcü-osetin münaqişəsinin həlli mümkündürmü? – AÇIQLAMA

Rüya Yorumları burda


“Gürcüstanın Abxaziya və Cənubi Osetiya münaqişəsini həll etməsi o qədər də asan deyil. Birincisi, həm Abxaziya, həm də Cənubi Osetiya Gürcüstanla birləşmək istəmir. Cənubi Osetiya açıq şəkildə Rusiyanın tərkibinə daxil olmağı qarşısına məqsəd qoyub. İkincisi, Abxaziya və Cənubi Osetiya münaqişəsinin həlli birbaşa Rusiyadan asılıdır”.

BEY.AZ-ın məlumatına görə, bunu politoloq Turan Rzayev deyib. O bildirib ki, bu məsələdə Kremlin Tbilisidən tələbi isə ölkənin idarəetmə modelinin dəyişməsi və Gürcüstanın Qərbə inteqrasiyanı dayandırmasıdır:

“Gürcüstanla Rusiya arasında danışıqlar başlasa da, proses Tbilisi üçün çətin və ağrılı keçəcək. Bundan başqa, Rusiya ilə münasibətlərin normallaşması, habelə danışıqların başlanması mövcud hakimiyyətə qarşı ciddi etirazlara gətirib çıxarar.

Gürcüstan indiki məqamda seçim etməli və radikal addımlar atmalıdır.Tbilisi ya ərazi bütövlüyünü bərpa etmək üçün Rusiya ilə danışıqlara başlamalı, ya da Qərbə inteqrasiyaya davam etməlidir”.

Politoloq qeyd edib ki, Abxaziya və Cənubi Osetiya münaqişəsinin həlli güzəşt və dəyişikliklərlə baş tuta bilər:

Rüya tabirlerini burdan oku

“Tbilisinin önündə iki yol var. Birincisi, Bosniya variantına keçid etməkdir. Bosniyada Sazişə əsasən serblər 49%, boşnak və xorvatlar 51% ərazi aldı, bənzər formada gürcülər abxazlar və osetinlər də mövcud sərhədlər çərçivəsində bölgü apara bilərlər.

İkinci yol isə, Gürcüstan dövlət idarəetmə formasını dəyişməyidir. Rəsmi Tbilisi hazırda unitar ölkədir. Müvafiq idarəetmənin dəyişdirilməsi fonunda Gürcüstan konfederativ olmalıdır. Gürcülər, abxazlar, osetinlər, hətta acarlar və azərbaycanlılar daxili idarəetmədə sərbəst, xarici idarəetmədə ortaq qərar qəbuletmə yolu ilə bir dövlət mexanizmi yarada bilər”.

Gülbəniz Hüseynli / BEY.AZ







MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu